20 dekabr 2014 18:15

Məhəmmədrəsul Məcidov: Heç olmasa 6 raundun üçündə rinqdə olmaq istəyirdim

AİBA Pro Boxing (APB) turnirində 2-ci döyüşünə çıxan Məhəmmədrəsul Məcidov (+91 kq) bu dəfə də parlaq qələbə qazandı. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvü misirli Əhməd Samiri artıq birinci raundda nokauta salıb.

İki qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı görüşdən sonra fikirlərini bildirib:

“Əslində istəmirdim ki, döyüş belə tez qutarsın. Heç olmasa 6 raundun üçündə rinqdə olmaq istəyirdim. Amma belə alındı. Mən sadəcə öz üzərimə düşən işi gördüm”.

Superağır çəki dərəcəsindəki təmsilçimiz APB-dəki rəqiblərini dəyərləndirib: “İlk döyüşə  çıxmadığımdan digər boksçulardan bir görüş az keçirmişəm. Hələ ki +91 kq-da mərakeşli Məhəmməd Arjaou ilə almaniyalı Erik Pfayfer 3 qələbə qazanıb. Onların hər ikisi güclü boksçudur. Bu çəkidə rusiyalı Maqomed Omarovu da yaddan çıxarmaq olmaz. Hərçənd o, ilk qarşılaşmada Toni Yokaya məğlub oldu. Həmin gün onun döyüşü alınmadı. Amma bu gün Verveyko üzərində asan qələbə qazandı”.

Məcidov artıq formaya düşdüyünü və bu çəkidə istənilən rəqiblə üz-üzə gələ biləcəyini deyib: “Boksda çox nadir hallarda 100 faiz formada olursan. Yavaş-yavaş formaya düşürəm. Ötən görüşdən fərqli olaraq Əhməd Samirlə qarşılaşmada rinqi daha yaxşı hiss edirdim. Milli komandanın düşərgəsində yaxşı hazırlıq keçdik. Ola bilsin ki, növbəti döyüşü Omarovla keçirdim.  Özümü yaxşı hiss edirəm və yanvarda, 3-cü qələbəmi qazanmağa çalışacam”. 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.