16 dekabr 2014 18:00

Rizvan Gənciyev yenidən WSB komissiyasında

“Baku Fires” klubu Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümünə hazırlığı Rusiyanın Kislavodsk şəhərində davam etdirir. Azerisport.az xəbər verir ki, dekabrin 25-nə kimi davam edəcək təlim-məşq toplanışında ümumilikdə 25 boksçu iştirak edir.

Bu arada “Baku Fires”in baş meneceri Rizvan Gənciyev yenidən ölkəmizi AİBA-nın WSB komissiyasında təmsil etmək hüququ qazanıb. Beynəlxalq Boks Federasiyasının prezidenti Çinq Ko Vu tərəfindən kluba göndərilən məktubda Gənciyevin 2018-ci ilədək bu komissiyada fəaliyyət göstərəcəyi yazılıb:

“Mən sizi boksu bilən və bu idman növünü ürəkdən sevən biri kimi tanıyıram. Əminəm ki, bundan sonra da WSB liqasının və boks idman növünün inkişafı üçün əlinizdən gələni edəcəksiniz”.

Qeyd edək ki, komissiyanın növbəti iclası 2015-ci ilin fevralında İsveçrənin Lozanna şəhərində keçiriləcək.

“Baku Fires”  yeni mövsümdə ilk görüşünü isə yanvarın 17-də Quba Olimpiya Kompleksində “İtalia Thunder” komandasına qarşı keçirəcək. WSB liqasının yeni mövsümü Rio Olimpiadasına lisenziya xarakteri daşıdığından gərgin mübarizənin gedəcəyi gözlənilir. Çempionatın sonunda 10 çəki dərəcəsi üzrə 17 boksçu Olimpiya oyunlarına vəsiqə qazanacaq.  Komandamız “B” qrupunda “İtalia Thunder”lə yanaşı, “Argentina Condors”, “Astana Arlans”, Poland Hussars”, ABŞ, Venesuela, və Puerto Riko klubları ilə mübarizə aparacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.