14 dekabr 2014 00:30

Fariz Məmmədovdan növbəti nokaut

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Fariz Məmmədov növbəti qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, ölkəmizi peşəkar rinqdə təmsil edən boksçu Ukraynanın paytaxtı Kiyevdə keçirilən “K2 Promotions”un təşkil etdiyi döyüşün iştirakçısı olub.

Məmmədov yarımorta çəki dərəcəsində (66,678 kq) reytinq xarakterli qarşılaşmaya çıxıb. O, Kiyev İdman Sarayında ukraynalı Valentin Kutsla üz-üzə gəlib. 2010-cu ilin peşəkarlar arasında Avropa çempionu olan 34 yaşlı rəqiblə döyüş 8 raunddan ibarət olmalı idi. Lakin Məmmədov qələbəni vaxtından əvvəl qazanmağı bacarıb. Təmsilçimiz artıq ikinci raundda Kutsu nokauta göndərib.

Bununla da peşəkar rinqdə 20-ci döyüşünü keçirən Məmmədov 17-ci qələbəsini qazanıb. Kutsla döyüşədək 9 dəfə nokautla qalib gələn boksçumuz 10-cu dəfə rəqibini vaxtından əvvəl məğlub edib.

Qeyd edək ki, “K2 Promotions” promouter şirkəti 2005-ci ildə əfsanəvi boksçular Vladimir və Vitali Kliçko qardaşları tərəfindən təsis edilib və uzun müddət yalnız onların döyüşlərinin təşkili ilə məşğul olub.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.