13 dekabr 2014 13:50

Fariz Məmmədovun rəqibi dəyişdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Fariz Məmmədov bu gün peşəkar rinqdə növbəti döyüşünü keçirəcək. Azerisport.az xəbər verir ki, idmançımız Ukraynanın paytaxtı Kiyevdə keçirilən “K2 Promotions” turniri çərçivəsində baş tutacaq 11 görüşdən birinin iştirakçısı olacaq.

Yarımorta çəki dərəcəsində (66,678 kq) çıxış edən Məmmədovun Kiyev İdman Sarayındakı rəqibi isə dəyişib. Boksçumuz Belarus vətəndaşlığı daşıyan çeçen Xavadji Xatsiqovla qüvvəsini sınamalı olsa da, bu qarşılaşma baş tutmayacaq. Buna səbəb əvvəllər Rusiya bayrağı altında da çıxış etmiş həvəskarlar arasında sabiq Avropa çempionunun Ukraynaya gəlməməsidir. Nəticədə təşkilatçılar Məmmədova yerli idmançılar arasında rəqib tapmalı olub. Bu üzdən təmsilçimiz Valentin Kutsla döyüşəcək. Reytinq xarakterli döyüş 8 raunddan ibarət olacaq. 180 sm boya malik 34 yaşlı ukraynalı peşəkar rinqdə 2003-cü ildə debüt edib. Bu müddətdə 25 döyüşə çıxan Kuts 8-i nokautla olmaqla, 22 qələbə qazanıb. Kuts 2010-cu ildə peşəkarlar arasında Avropa çempionu titulunu qazansa da, son iki görüşdə rinqi məğlub tərk edib.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.