28 noyabr 2014 15:20

AİBA Proboxing turnirində növbəti döyüşlər keçiriləcək

Noyabrın 29-da və 30-da AİBA Proboxing turnirində növbəti döyüşlər keçiriləcək. Azerisport.az xəbər verir ki, ilk yarış günündə çəkisi 69 kq olan boksçular, bazar günü isə superağır çəki dərəcəsində mübarizə aparan idmançılar rinqə çıxacaq.

Bu gün çəkisi 69 kq olan boksçular çəki mərasimində və mətbuat konfransında iştirak ediblər. Noyabrın 29-da, saat 19:00-da başlayacaq yarışda keniyalı Rayton Okviri türkiyəli Onur Sipalla, avstriyalı Markos Nader litvalı Eymantas Stanionislə, ukraynalı Denis Lazerev rusiyalı Andrey Zamkovoyla, həmyerlimiz Tamerlan Abdullayev isə Macarıstan təmsilçisi Qyula Keytlə qarşılaşacaq.

Qeyd edək ki, Abdullayev ötən görüşdə zədə alan Fariz Məmmədovu əvəzləyib. Milli komandamızın üzvü rəqibin döyüş tərzini təhlil etdiyini və qələbə qazanmaq üçün çalışacağını bildirib. Boksçumuz karyerasında ilk dəfə 6 raundluq döyüşə çıxmasına baxmayaraq, buna hazır olduğunu vurğulayıb: “Təxminən 3 həftə əvvəl bəlli oldu ki, Fariz Məmmədovu mən əvəzləməli olacam. Milli komandanın məşqçiləri ilə yaxşı hazırlıq keşmişik. Bilirəm ki, diqqət mərkəzindəyəm, hamı məndən qələbə gözləyir. Çalışacağam ki, hamını sevindirim”.

Milli komandamızın məşqçisi Nəriman Abdllayev “Fariz Məmmədovu niyə məhz Tamerlan Abdullayev əvəzlədi” sualını belə cavablandırıb: “Bu çəkidə son Azərbaycan çempionu Pərviz Bağırov olub. Ancaq Bağırov hazırda “Baku Fires” klubunun heyətində təlim-məşq toplanışındadır. Abdullayev son ölkə çempionatında 3-cü yeri tutmuşdu. Amma bu, onun rəqiblərindən geri qalmasını göstərmir. Tamerlan elə Pərvizlə də başabaş mübarizə aparmışdı. Abdullayev dəfələrlə Azərbaycan çempionu olub. Biz ona inanırıq”.

Onur Sipalın rəqibi olacaq Keniya boksçusu Okviri yerli publikanın Türkiyə idmançısını dəstəkləyəcəyindən ehtiyatlanmadığını vurğulayıb: “Bilirəm ki, azarkeşlər daha çox Sipala azrkeşlik edəcəklər. Amma dəfələrlə təşkilatçı ölkələrin boksçuları ilə qarşılaşmışam. Buna hazıram”.

İlk döyüşdə nokautla uduzan Avstriyalı Markos Nader artıq bərpa dövrünü geridə qoyduğunu və özünü yaxşı hiss etdiyini deyib. O, “ilk döyüşlərdə peşəkar boksçular – Nader, Fariz Məmmədov (hər ikisi 69 kq) və Əhməd Samirdən (91+kq) qələbə gözləsələr də, onlar məğlub oldu. Niyə peşəkarlar ilk dəfə 6 raund döyüşən rəqiblərinə uduzdular” sualını belə cavablandırıb: “Buradakı idmançıların hamısı titulludur. Dünya, Avropa çempionatlarında mükafata layiq yerlər tutublar. Onlar peşəkar qaydalarla döyüşməsələr də, yaxşı hazırlıq keçiblər və əsl peşəkardılar. Odur ki, onların qələbəsində təccüblü bir şey yoxdur”.

Ukraynalı Denis Lazerev isə siyasi məsələlərə qarışmadığını və rusiyalı rəqibi Andrey Zamkovoyla normal münasibətdə olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 29-da saat 19:00-da başlayacaq və Sərhədçi İdman Olimpiya mərkəzində keçiriləcək döyüşlər "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.