16 noyabr 2014 19:55

4 boksçumuz DÇ-də mübarizəyə başlayır

Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatına start verilib. Azerisport.az xəbər verir ki, yarışda 67 ölkənin 337 boksçusu qələbə uğrunda mübarizə aparır. Seçmə komandamız dünya çempionatında 8 boksçu ilə təmsil olunur. Əsas medal ümidlərimizdən biri 69 kq çəki dərəcəsində çıxış edəcək Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropovadır. Baş məşqçi Şamil Məhəmmədbəyov Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyeva (69 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayevanı (81+kq) daxil edib. Dünya çempionatının ilk günündə boksçularımızdan heç biri rinqə çıxmayıb.

Noyabrın 17-də Anaxanım Ağayeva tailandlı Sopida Satumrumla, Məhsəti Həmzəyeva meksikalı Esquvel Ledesmayla, Yana Alekseyeva macarıstanlı Vivien Tsomborla, Yelena Vıstropova ingiltərəli Steysi Kopelandla üz-üzə gələcək. Qeyd edək ki, dünya çempionatında ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edir.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.