12 noyabr 2014 14:00

ABF rəsmiləri AİBA-nın növbəti konqresində

Koreyanın Jeju adasında WSB liqasının yeni mövsümünün draftı keçirilib. Azerisport.az xəbər verir ki, əvvəlcə liqanın rəhbəri Kərim Bouzidi yeni yaradılan klublar barədə məlumat verilib.

2015-ci ilin yanvarında start götürəcək mövsümdə 15 komanda iştirak edəcək. Draftda komandaların heyətlərinə cəlb etməsi üçün 239 boksçu təklif olunub. “Baku Fires”lə yanaşı Rusiya, “Astana Arlans”, “Cuba Domaderos”, ABŞ və Əlcəzair  klubları draftda  yeni idmançı almayıblar.

AİBA-nın İcraçı Direktoru Ho Kim çıxışında qadın boksunu inkişaf etdirmək üçün bəzi islahatlar aparmaq niyyətində olduğunu deyib. O, 2016-cı ildən WSB liqasında hər komandanın heyətinə bir qız boksçunu daxil etmək təklifini verdiklərini söyləyib. Bundan başqa, AİBA Pro Boxing turnirində qadın idmançıların mübarizə aparması ideyası da müzakirə olunur. Sabah AİBA-nın növbəti konqresi öz işinə başlayacaq. İki gün davam edəcək toplantıda Beynəlxalq Boks Federasiyasının rəhbərliyinə yeni seçkilər keçiriləcək. AİBA İcraiyyə Komitəsinin də yeni tərkibi müəyyən olunacaq.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov AİBA İcraiyyə Komitəsinin üzvüdü. Jejuda keçirilən tədbirdə ölkəmizi Süleyman Mikayılovla yanaşı,  “Baku Fires”in baş meneceri Rizvan Gənciyev və federasiyanın baş katibi Nağı Səfərov təmsil edir. (klub saytı)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.