9 noyabr 2014 12:05

Fariz Məmmədov: Məcidov döyüşsəydi, mən rinqə çıxmayacaqdım

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov jurnalistlərlə görüşündə AİBA Pro Boxing turnirində Rusiya idmançısı Andrey Zamkovoya məğlubiyyəti haqda danışıb. Azərisport.az xəbər verir ki, boksçu görüş ərəfəsində ciddi xəstələndiyini bildirib:

“Bir ay əzrində xəstə olduğum üçün görüşə istədiyim kimi hazırlaşa bilmədim. Bunu o görüşdən əvvəl desəydim başqa tərzdə anlaşılacaqdı. Amma xəstələndiyimə görə istədiyimi rinqdə göstərə bilmədim. O qədər ciddi xəstələnmişdim ki, hətta görüşə çıxmaq istəmirdim. Digər təmsilçimiz Məhəmmədrəsul Məcidov xəstələndiyinə görə görüşə çıxmadığından mənim başqa yolum yox idi. Mən döyüşməli idim. Azərbaycan belə mötəbər yarış keçirdir. Belə halda iki boksçu rinqə çıxmasaydı azarkeşlər tərəfindən düzgün qəbul edilməzdi. Məcidov döyüşəcəyi halda mən görüşə çıxmayacaqdım. Əgər hər ikimiz rinqdə olmasaydıq Azərbaycan azarkeşi yerli boksçuların döyüşünü izləməyəcəkdi. Xəstələyim adi məşqlərdə belə lazımi fəndləri yerinə yetirməyə mane olurdu. Buna baxmayaraq risk etdim".

Andrey Zamkovoya məğlubiyyətdən sonra burnundan zədələnən Fariz Məmmədov hazırda müalicəsini davam etdirir. Həkimlər ona 3 ay ərzində rinqə çıxmağa icazə verməsə də, o noyabrın son günlərində AİBA Pro Boxing turnirində mübarizə aparmaq niyyətindədir: “Belə zədədən sonra 3 ay idmanla məşğul olmaq olmaz. Amma noyabrın 29-30-u ikinci turun görüşləri olacaq. İstəyirəm hazırlaşım və rinqdə əsl gücümü göstərim. Sadəcə həkimlər son qərarı verməyə tələsmir. Noyabrın 15-də son qərar veriləcək. Həkimlər icarə verməsə ikinci görüşdə iştirak edə bilməyəcəm. Çünki, onlar belə halda rinqə çıxmağın sağlamlığıma ziyan olduğunu bildirir".

Karyerası barədə danışan Fariz Məmmədov ən böyük arzusunun olimpiya çempionluğu olduğunu dedi: “Zamkovoya uduzandan sonra belə fikrimdən daşınmadım. Əsas ölkəmiz üçün layiqli vətəndaş olmaqdır. Arzumuz isə dünya, Avropa və nəhayət olimpiya çempionluğudur. Əgər AİBA Pro Boxing turnirində alınmasa digər turnirlərdə lisenziya qazanmağa çalışacam. 34 yaşım var və mən karyeramı başa vurmaq barədə düşünmürəm. Məqsədim olimpiadaya vəsiqə qazanmaq və orada finalda mübarizə aparmaqdır. Bilirəm ki, bu məqsəd çox çətindir. Amma bunun üçün gecə-gündüz məşq etməyə hazıram".
 
Məlum səbəbdən 7 il boksla məşğul olmadığını deyən boksçu 2015-ci ildə artıq əvvəlki formasını tam bərpa edəcəyini söylədi. Onun sözlərinə görə gələcəkdə azarkeşlər onu yenidən peşəkar rinqdə görmək imkanı qazanacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.