6 noyabr 2014 16:50

6 boksçumuz AÇ-nin yarımfinalına vəsiqə qazandı

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları məlum olub. Azerisport.az xəbər verir ki, milli komandamızın 6 üzvü yarımfinala vəsiqə qazanmaqla, ən azı bürünc medalı özlərinə təmin ediblər.

46 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Rüstəmov Rusiya idmançısı Pavel Ryasnı üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz yarımfinalda Belarus təmsilçisi Yevgeni Karmilçiklə qarşılaşacaq.

Hacı Dilbazov da (75 kq) ¼ final mərhələsini qələbə ilə başa vurub. Boksçumuz ukraynalı İvan Çubreviçevi mübarizədən kənarlaşdırıb. Milli komandamızın üzvü finala gedən yolda rusiyalı Valid Kakayevlə üz-üzə gələcək.

63 kq çəki dərəcəsində çıxış edən Pərviz Quliyev Macarıstan təmsilçisi Mark Kontreç üzərində qələbə qazanıb – 2:1. Quliyevin yarımfinalda rəqibi İsa Yevloyev (Rusiya) olacaq.

Bəxtiyar Qazıbəyov (57 kq) Şotlandiya nümayəndəsi Kallium Stüartla döyüşdən qalib ayrılıb – 3:0. Boksçumuz yarımfinalda almaniyalı Jabs Qermannla görüşəcək.

70 kq çəki dərəcəsində mübarizə aparan Rasim Çobanlı da yarımfinalda çıxış edəcək. Belarus idmançısı Mikita Krasnabayev üzərində qələbə qazanan Çobanlı növbəti mərhələdə şotlandiyalı Villiyam Hatçinsonla döyüşəcək.

Qeyd edək ki, buna qədər Məhəmməd Abdullayev də (80+kq) yarımfinala vəsiqə əldə etmişdi. Abdullayev yarımfinalda ukraynalı Vyaçeslav Qavrilyukla görüşəcək.

Yarımfinal görüşləri noyabrın 7-də keçiriləcək. Avropa birinciliyinə isə ayın 8-də yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.