3 noyabr 2014 14:25

3 boksçumuz AÇ-nin növbəti mərhələdə

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi keçirilir. Azerisport.az xəbər verir ki, 80+kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev ilk görüşdə bolqarıstanlı Aleks Kunçev üzərində qələbə qazanıb – 3:0. Milli komandamızın üzvü ¼ finalda litvalı Marek Korolkovla üz-üzə gələcək.

Şamil Səfərəliyev (80 kq) isə rusiyalı Timerxan Almakayevə uduzaraq, mübarizəni dayandırıb. 50 kq çəki dərəcəsində çıxış edən Sərxan Əliyev də Avropa birinciliyi ilə erkən vidalaşıb. Boksçumuz ilk qarşılaşmada Litva nümayəndəsi Arturas Jinkovskiyə məğlub olub.

Milli komandamızın digər üzvü Pərviz Quliyev isə (63 kq) litvalı rəqibini mübarizədən kənarlaşdırıb. Həmyerlimiz Aurila Mantasa qalib gələrək, 1/8 finala vəsiqə əldə edib. Onu növbəti mərhələdə Gürcüstan təmsilçisi Səkərxan Madiyev gözləyir.

Bəxtiyar Qazıbəyov da (57 kq) Avropa birinciliyinə qalibiyyətlə başlayıb. Boksçumuz xorvatiyalı Antonio Tkalçiç üzərində qələbə qazanıb – 3:0. Millimizin üzvü 1/8 finalda İngiltərə idmançısı Rayan Qarnerlə üz-üzə gələcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.