31 oktyabr 2014 15:55

Çələbiyevin rəqibi dəyişdi

AİBA Pro Boxing turnirində mübarizə aparan boksçumuz Cavid Çələbiyevin (56 kq) son anda rəqibi dəyişib. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvü noyabrın 1-də Argentinada  Satoşi Şimizu ilə üz-üzə gəlməli idi.

Ancaq yaponiyalı boksçu yarışa çıxmaqdan imtina edib. Nəticədə, həmyerlimiz daha güclü rəqiblə - braziliyalı Robenilson Vieyra de Jesusla qarşılaşmalı olacaq. 27 yaşlı boksçu 2008-ci ildə Pekin və 2012-ci ildə London Olimpiadalarında çıxış edib. Pekində 51 kq çəki dərəcəsində mübarizə aparan Robenilson ilk görüşdə qalib gəlsə də, ikinci qarşılaşmada tacikistanlı Ənvər Yunusova uduzub. 2011-ci ildə Pan-Amerika oyunlarında bürünc medal qazanan Braziliya boksçusu 1 il sonra London Olimpiadasına da lisenziya qazanıb. Robenilson Londonda özbəkistanlı Orzubek Şaimov və rusiyalı Sergey Vodopyanovu məğlub edib. O, yalnız ¼ finalda kubalı Lazaro Alvaresə uduzub.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.