24 oktyabr 2014 15:00

"Bilirəm ki, hər kəs məndən qələbə gözləyir"

Oktyabrın 24-də və 25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində ilk dəfə olaraq, AİBA Proboxing turnirinin döyüşləri keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə çəkisi 91+kq olan boksçular, ertəsi gün isə 69 kq olan idmançılar rinqə çıxacaq.

Bu gün 69 kq çəki dərəcəsində mübarizə aparacaq boksçuların çəki mərasimi və mətbuat konfransı keçirilib. Oktyabrın 25-də olacaq döyüşlər:

Markos Nader (Avstriya) – Rayton Okviri (Keniya)
Onur Sipal (Türkiyə) – Eimantas Stanionis (Litva)
Denis Lazerev (Ukrayna) – Qyula Keyt (Macarıstan)
Andrey Zamkovoy (Rusiya) – Fariz Məmmədov (Azərbaycan)

Pekin Olimpiadasının iştirakçısı Onur Sipal öncə başqa boksçu ilə qarşılaşmalı idi. Ancaq onun rəqibi zədələndiyindən Sipal Stanionislə üz-üzə gələcək. Türkiyəli idmançı bunun ona o qədər də təsir etmədiyini deyib: “Bizim işimiz rinqə çıxaraq, rəqibin kimliyindən asılı olmayaraq döyüşməkdir. Litvalı idmançı gəncdir. Mənim məqsədim isə AİBA Proboxing turnirindən Olimpiya oyunlarına lisenziya qazanmaqdır. Bakıda özümü evdəki kimi hiss edirəm. Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. İnanıram ki, burada dəstəksiz qalmayacam” .

Ukraynalı Denis Lazerev “Qarabağ”ın avroliqa turnirində “Dnepr”i məğlub etməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib: “Təssüff ki, oyuna baxa bilmədim. Həmin vaxt Bakının gəzməli-görməli yerləri ilə tanış olurdum. İçərişəhər və şəhərin mərkəzi çox xoşuma gəldi”.

Mətbuat nümayəndələri Fariz Məmmədovla Andrey Zamkovoya daha çox diqqət göstəriblər. Azərbaycan boksçusu rəqibinin Olimpiya oyunlarının bürünc müfataçısı olmasına baxmayaraq, özünün də planetin ən böyük yarışında iştirak etmək arzusunda olduğunu deyib: “Məhəmmədrəsul Məcidovun turnirdən imtina etməsindən sonra Bakıda yalnız mən rinqə çıxacam. Bilirəm ki, hər kəs məndən qələbə gözləyir. Hamının diqqəti üzərimdədir. Amma bu mənə psixoloji gərginlik yaratmır. Əksinə doğma divarlar arasında, azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq niyyətindəyəm”. Zamkovoy Farizin bir neçə döyüşünə baxdığını və rəqibi təhlli etdiklərini deyib: “Məmmədov ilk dəqiqlərdən irəli atılıb, təzyiq göstərməyi sevən boksçudur. Düzdür, onun peşəkar rinqdə təcrübəsi çoxur. Bu azərbaycanlı boksçuya müəyyən üstünlük verir. Amma hər şey rinqdə aydın olacaq”. Fariz Məmmədov boyca rəqibindən 12-14 cm kiçik olmasının döyüşə təsir etməyəcəyi qənaətindədir: “Özümə ucaboy sparinq rəqib götürmüşdüm. Axır vaxtlar məhz boyca hündür boksçularla qarşılaşıram. Amma bu heç bir problem yaratmır. Əksinə mənim üçün onıarla döyüşmək daha rahatdır. Əvvəlki qarşılaşmalarda ucaboy rəqiblərimi məğlub etmişəm”.

Xatırladaq ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək görüşlər saat 19:00-da başlayacaq. 56 kq çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev isə noybarın 1-də Argentinada yaponiyalı Satoşi Şimidzu ilə üz-üzə gələcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.