18 oktyabr 2014 15:30

Avropa birinciliyinə tam heyətlə

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyinə start veriləcək. Azerisport.az xəbər verir ki, yarışda 41 ölkənin 233 boksçusu mübarizə aparacaq.

Milli komandamız baş məşqçi Şamil Alimzanov, məşqçilər Natiq Talıbov və İlham Alimzanovun rəhbərliyi altında turnirdə tam heyətlə təmsil olunacaq. Millimizin heyətində dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə (52 kq), yeniyetmələrin II Olimpiya oyunlarının iştirakçısı Məhəmmədəli Tahirov (91+kq) kimi təcrübəli boksçular var. Digər çəki dərəcələrində Elşən Abbasov (49 kq), Tayfur Əliyev (56 kq),  Nurlan Nağıyev (60 kq),  İsmayıl Hüseynov (64 kq), Roman Zakirov (69 kq), Şamil Əliyev (75 kq), Orxan Əliyev (81 kq) və Şükran Mehdiyev (91 kq) mübarizə aparacaqlar.

Yarışda ölkəmizi hakim kimi Emin Qurbanəliyev təmsil edir.

Avropa birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.