10 oktyabr 2014 17:50

AÇ-nin qalibləri Azərbaycan kubokunda məğlub oldular

“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, həlledici gündə bir çox favoritlər ümidləri doğrulda bilməyiblər. 49 kq çəki dərəcəsində Avropa çempionu Salman Əlizadə ötən il Azərbaycan çempionatında məğlub etdiyi Araz İmaməliyevə uduzub.

60 kq çəki dərəcəsində böyük maraqla gözlənilən Albert Səlimov – Elvin İsayev görüşündən daha təcrübəli birinci qalib ayrılıb.

64 kq çəki dərəcəsində son Azərbaycan çempionu Lorenso Sotomayorla Heybətulla Hacəliyevin də döyüşü gərgin keçib. Hakimlər qələbəni Kuba əsilli boksçuya veriblər.
Nikolay Veselov (75 kq) ilk dəfə iştirak etdiyi ölkəmiqyaslı yarışda 1-ci yeri tutub. “Baku Fires” klubunun üzvü həlledici döyüşdə Kamran Şahsuvarlıdan üstün olub.

Abdulqadir Abdullayev (91 kq) bir neçə dəfə uduzduğu Teymur Məmmədovdan bu dəfə revanş ala bilib. Olimpiya oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Məmmədov 3-cü raundda texniki nokautla uduzub.

Qeyri rəsmi komanda hesabında “Baku Fires” klubu 1-ci nəticə göstərib. Bu klubun 5 boksçusu Azərbaycan kubokunda 1-ci yerə yiyələnib. “Gilan”ın 2 nümayəndəsi turnirin qalibi olub.

Final görüşlərinin nəticələri
49 kq
Salman Əlizadə (Gilan) – Araz İmaməliyev (Gilan) 1:2

52 kq
Elnur Şəfiyev (Rabitə) – İbrahim İbrahimov (Neftçi) 3:0

56 kq
Tural Əhmədov (Gilan) – Fərid Ağamoğlanov (Rabitə) 3:0

60 kq
Elvin İsayev (Gilan) – Albert Səlimov (Baku Fires) 0:3

64 kq
Lorenso Sotomayor (Qəbələ) – Heybətulla Hacəliyev (Rabitə) 3:0

69 kq
Pərviz Bağırov (Neftçi) – Ramal Aslanov (Gilan) 3:0

75 kq
Nikolay Veselov (Baku Fires) – Kamran Şahsuvarlı (Qəbələ) 2:1

81 kq
Jaba Xositaşvili (Baku Fires) – Soltan Migitinov (Baku Fires) Migitinov rinqə çıxmayıb

91 kq
Teymur Məmmədov (Rabitə) – Abdulqadir Abdullayev (Baku Fires) texniki nokautla Abdullayev qalib gəlib

91+kq
Arslanbek Mahmudov (Baku Fires) – Kamran Mehdiyev (Rabitə) 3:0

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.