8 oktyabr 2014 11:45

Məmişzadə ilk döyüşdə məğlub oldu

“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə Azərbaycan kuboku yarışlarına start verilib. Azerisport.az xəbər verir ki, 81 boksçunun mübarizə apardığı yarışın ilk günündə 18 döyüş keçirilib.

İlk günün əsas sensasiyası 52 kq çəki dərəcəsində qeydə alınıb. İki dəfə Avropa çempionatının mükafatçısı olmuş Elvin Məmişzadə gərgin mübarizədə “Rabitə”nin üzvü Murad Əliyevə uduzub -1:2.

75 kq çəki dərəcəsində son Azərbaycan çempionatının qalibi Haybulla Musalov yarışa qələbə ilə başlayıb. “Baku Fires” klubunun üzvü Orxan Mayıllıdan üstün olub – 3:0. “Baku Fires”in daha bir üzvü, ilk dəfə ölkəmiqyaslı yarışda iştirak edən Arslanbek Mahmudov da (91+kq) növbəti mərhələyə vəsiqə qazanıb. Mahmudov gərgin mübarizədə Asəf Aslanlını məğlub edib -2:1.  Superağır çəki dərəcəsində Hacı Murtuzəliyev də turnirə qələbə ilə başlayıb.

69 kq çəki dərəcəsində milli komandamızın 1-ci nömrəsi Pərviz Bağırov Pərviz Hüseynov üzərində qələbə qazanıb – 3:0. 69 kq çəki dərəcəsində favoritlərdən hesab olunan Tamerlan Abdullayev də 14 finala vəsiqə qazanıb. Onun rəqibi Fərid İsmayılov zədələndiyindən, döyüşü sonadək davam etdirə bilməyib.

56 kq
Qoşqar Səfərli (DİN İC) – Nurlan Qasımlı (Neftçı) 2:1
Rahid Həbibzadə (Gilan) – Fərid Ağamoğlanov (Rabitə) 0:3

75 kq
Kamran Şahsuvarlı (Qəbələ) – Nəbi Bağırov (Təhsil) nokautla Şahsuvarlı qalib gəlib
Ruhin Şabanov (Qəbələ) – İlkin Əliyev (Qəbələ) Şabanov qalib elan olunub
Orxan Mayıllı (Neftçi) – Haybulla Musalov (Baku Fires) 0:3
Sübhan Abbasov (Neftçi) – Eldar Quliyev (Gilan) 0:3

91+kq
Arslanbek Mahmudov (Baku Fires) – Asəf Aslanlı (Qəbələ) 2:1
Kamran Mehdiyev (Rabitə) – Ağalar Sadıqzadə (Sərhədçi) Sadıqzadə diskvalifikasiya olunub
Sadiq Səmədov (Neftçi) – Hacı Murtuzəliyev (Baku Fires) 0:2

49 kq
Hacıbala Fərzəliyev (Gilan) – Araz İmaməliyev (Gilan) 1:2
Cavid Dadaşov (Neftçi) – Maqomed İbiyev (Baku Fires) 1:2

52 kq
Murad Əliyev (Rabitə) – Elvin Məmişzadə (Gilan) 2:1

69 kq
Ramal Aslanov (Gilan) - Şəmistan Novruzov (Gilan) Aslanov tam üstünlüklə qələbə qazanıb
Pərviz Bağırov (Neftçi) – Pərviz Hüseynov (Gilan) 3:0
Şahin Həsənov (Neftçi) – Coşğun Əliyev (Rabitə) 0:3
Çingiz İslamov (Sərhədçi) – Elsevər Əzizov (Qəbələ) İslamov diskvalifikasiya olunub
Fərid İsmayılov (Gilan) – Tamerlan Abdullayev (Rabitə) Abdullayev qalib elan olunub

91 kq
Heydər Heydərov (Gilan) – Rahil Məmmədli (Qəbələ) 1:2

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.