4 oktyabr 2014 18:10

Ölkənin ən güclüləri kubok yarışında

Oktyabrın 7-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə Azərbaycan kuboku yarışları satrt götürəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasına seçim xarakteri daşıyan turnirdə 100-ə yaxın idmançı gücünü sınayacaq.

APB yarışlarında çıxış edəcək Cavid Çələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov istisna olmaqla, digər aparıcı boksçuların hamısı Azərbaycan kubokunda rinqə çıxacaq. “Baku Fires” klubunun üzvü, dünya və Avropa çempionu Albert Səlimov da ilk dəfə ölkəmiqyaslı yarışda mübarizə aparacaq. Bundan başqa, Rusiya millisinin heyətində gənclər arasında Avropa çempionu olmuş, artıq 3 ildir “Baku Fires”in üzvü kimi WSB liqasında çıxış edən Məhəmməd Qurbanov da (56 kq) turnirdə nəyə qadir olduğunu göstərəcək. “Baku Fires” klubunun üzvləri Məhəmməd İbiyev (49 kq), Yevgeni Romaşkeviç (69 kq), Nikolay Veselov (75 kq), Jaba Xositaşvili (81 kq), Arslanbek Mahmudov və Hacı Murtuəliyev də (hər ikisi 91+kq) ilk dəfə Azərbaycan kubokunda yarışacaqlar. Olimpiya oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Teymur Məmmədov yenidən 91 kq çəki dərəcəsində çıxış edəcək. Milli komandamızın üzvünün Abdulqadir Abdullayevlə görüşü böyük maraqla gözlənilir. Azərbaycan kubokunda Avropa çempionu Salman Əlizadə (49 kq), qitə çempionatının mükafatçısı Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Pərviz Bağirov (69 kq), Soltan Migitinov (81 kq) kimi aparıcı boksçular da iştirak edəcəklər. Azərbaycan Boks Federasiyası yarışların ədalətli keçməsi üçün bu dəfə bütün hakimləri xaricdən dəvət edib. Turnirin supervayzeri isə almaniyalı Helmut Ranze olacaq. Azərbaycan kuboku həm də oktyabrın 24-də keçiriləcək APB turnirinə test xarakteri daşıyır.

Yarışa oktyabrın 10-da yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.