15 sentyabr 2014 12:20

Məcidovun rəqibləri bəlli oldu

AİBA Pro Boxing (APB) yarışında nəhayət ki, superağır çəki dərəcəsində mübarizə aparacaq idmançıların da adlarına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, dünya və Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu çəkidə əsas favoritlərdən sayılır.

Onun əsas rəqibləri 2011-ci ilin Avropa çempionu rusiyalı Məhəmməd Omarov, 2 dəfə dünya çempionatının bürünc mükafatçısı olmuş almaniyalı Erik Pfeyfer və WSB liqasının döyüşlərində pis təsir baöışlamayan rumıniyalı Mihay Nistor olacaq. Qeyd edək ki, Məcidov artıq iki dəfə Omarovla üz-üzə gələrək, hər iki qarşılaşmada qalib gəlib. Boksçumuz Rusiya nümayəndəsini həm London Olimpiadasının ¼ finalında, həm də ötən il Almatıdakı dünya çempionatında məğlub edib. Superağır çəki dərəcəsində APB-nin döyüşləri Bakıda keçiriləcək. Məhəmmədrəsul Məcidovdan başqa, Braziliya Olimpiadasına lisenziya verən bu yarışda Cavid Çələbiyev (56 kq) və Fariz Məmmədov da gücünü sınayacaq. APB-nin püşkatma mərasimi sentyabrın 17-də Astanada olacaq.

Məhəmmədrəsul Məcidov (Azərbaycan) – 27 yaşı var. 2 qat Dünya çempionu (Bakı, 2011-ci il, Almatı, 2013-cü il), Avropa çempionu (Minsk, 2013-cü il). 2012-ci il London Olimpiadasının bürünc mükafatçısı.

Mihay Nistor (Rumıniya) – 23 yaşı var. 4 qat Rumıniya çempionu.

Erik Pfeyfer (Almaniya) – 27 yaşı var.2 dəfə dünya çempionatının bürünc mükafatçısı (Bakı, 2011-ci il, Almatı, 2013-cü il).

Fakundo Sezar Ghiglioni (Argentina) – 31 yaşı var. “Argentina Condors” komandasının heyətində WSB liqasının iştirakçısı.

Sergey Verveyko (Ukrayna) – 26 yaşı var. WSB liqasının iştirakçısı.

Ouatah Nevfel (Fransa) – 28 yaşı var. Peşəkar boksda 13 döyüşdən 12-də qalib gəlib.

Məhəmməd Arjaoui ( Mərakeş) - 27 yaşı var.  2008-ci il Pekin Olimpiadasının iştirakçısı.

Məhəmməd Omarov (Rusiya) – 24 yaşı var. Avropa çempionu (Ankara, 2011-ci il).

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.