12 sentyabr 2014 00:17

Vıstropova və Rzayeva İstanbulda 3-cü oldu

Türkiyənin İstanbul şəhərində Əhməd Comərdin xatirəsinə həsr olunmuş ənənəvi boks turniri davam edir. Azerisport.az xəbər verir ki, ancaq qadınlardan ibarət milli komandamız üçün yarış başa çatıb.

Aynur Rzayeva və Yelena Vıstropova yarımfinalda uduzaraq, mübarizəni dayandırıblar. 81+kq çəki dərəcəsində gücünü sınayan Rzayeva Türkiyə idmançısı Əminə Bosdumana məğlub olub. Avropa çempionu Vıstropova isə 69 kq çəki dərəcəsinin ən güclü boksçularından hesab olunan dünya çempionatının mükafatçısı rusiyalı İrina Potyeyeva ilə dueldən məğlub ayrılıb. Nəticədə, hər iki boksçumuz turnirin bürünc medalına layiq görülüblər.

Qeyd edək ki, həm Rzayeva, həm də Vıstropova yarışda cəmi 1 döyüş keçiriblər. Boksçularımızdan Əzizə Abbasova (48 kq) Anaxanım Ağayeva (51 kq), Nisə Mehdiyeva (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Məryəm Cəbrayılova (64 kq), Leyla Cavadova və Leyla Cavadova (hər ikisi 75 kq) turniri mükafatsız başa vurublar.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.