6 sentyabr 2014 00:05

Püşkatmanın vaxtı bəlli oldu

AİBA-nın yeni proekti olan AİBA Pro Boxing-in (APB) ilk mövsümünün püşkatma tarixi məlum olub. Azerisport.az xəbər verir ki, tədbir sentyabrın 17-də Qazaxıstanın Almatı şəhərindəki AİBA Boks Akademiyasında keçiriləcək.

Sentyabrın 14-dən 17-ə kimi orada həm də boksçular üçün müxtəlif seminarlar da təşkil olunacaq. Sentyabrın 17-də Qazaxıstan vaxtı ilə saat 12-də Boks Akademiyasının açılış mərasimi keçiriləcək. Tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, AİBA prezidenti Çinq Ko Vu və digər rəsmi şəxslər iştirak edəcəklər.  Püşkatma mərasimi açılışdan sonra olacaq. Artıq hər çəki dərəcəsində iki reytinq favorit müəyyənləşdirilib ki, onlar püşkatmada “səpələnmişlər” sırasında olacaqlar.

Xatırladaq ki, APB yarışlarında 3 boksçumuz – Cavid Çələbiyev (56 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) mübarizə aparacaqlar. Hər çəki dərəcəsində iki idmançı 2016-cı ildə keçiriləcək Braziliya Olimpiadasına lisenziya qazanacaq. APB-də ilk döyüşlər oktyabrın 24-də start götürəcək.

Qeyd edək ki, superağır çəki dərəcəsində döyüşlərin Bakıda keçirilməsi nəzərdə tutulub.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.