7 avqust 2014 16:10

Çələbiyevin rəqibləri bəlli oldu

AİBA oktyabrda yeni layihəsinə - APB-ə (AİBA Professional Boxing) start verir. Azerisport.az xəbər verir ki, 6 raund olacaq ilk reytinq döyüşlərinin oktyabrın 24-dən noyabrın 1-ə kimi keçirilməsi nəzərdə tutulur.

Sonda hər çəkidə finala vəsiqə qazanan boksçular (ümumilikdə 20 idmançı) Rio de Janeyro Olimpiadasına vəsiqə qazanacaq. Azərbaycanın 3 boksçusu – Məhəmmədrəsul Məcidov (91+kq), Cavid Çələbiyev (56 kq) və Fariz Məmmədov (69 kq) APB ilə müqavilə imzalayıb. Hələ ki Məcidovla Məmmədovun rəqibləri bəlli olmasa da, dünya çempionu Çələbiyevin çəkisində hansı idmançıların döyüşəcəyi məlumdur. 56 kq çəki dərəcəsində döyüşlərin Argentinada keçirilməsi nəzərdə tutulur. Superağır çəki dərəcəsində isə görüşləri çox güman ki, Bakı qəbul edəcək.

56 kq çəki dərəcəsində mübarizə aparacaq boksçular:

Alberto Ezequiel Melian (Argentina) – 24 yaşı var. 2012-ci ildə London Olimpiadasının iştirakçısıdır.

Benson Njangiru (Keniya) – 29 yaşı var. Dostluq oyunlarında gümüş medal. (Dehli, 2010-cu il)

Cavid Çələbiyev (Azərbaycan) – 22 yaşı var. Dünya çempionu. (Almatı, 2013-cü il)

Jiavei Zjanq (Çin) – 25 yaşı var. Asiya oyunlarının gümüş mükafatçısı (Quançjou, 2010-cu il).

Xedafi Djelkhir (Fransa) – 30 yaşı var. 2008-ci ildə Pekin Olimpiadasının gümüş mükafatçısı.

Satoşi Şimizu (Yaponiya) – 28 yaşı var. 2012-ci ildə London Olimpiadasının bürünc mükafatçısı.

Sergey Vodopiyanov (Rusiya) – 26 yaşı var. Dünya çempionu (Çikaqo, 2007-ci il), dünya çempionatının gümüş mükafatçısı (Milan, 2009-cu il).

Yonni Blanko (Venesuela) – 27 yaşı var. 2013-cü ildə Şimali Amerika oyunlarının bürünc mükafatçısı.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.