21 iyul 2014 15:30

Yığmamız AÇ-yə Vəlizadə ilə start verir

İtaliyanın Assisi şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyinə start verilib. Azerisport.az xəbər verir ki, turnirdə 26 ölkənin 100 idmançısı mübarizə aparır.

Azərbaycan milli komandası gənclərin yarışında 3 boksçu ilə təmsil olunur: Aliyə Vəlizadə (54 kq), Məryəm Cəbrayılova (64 kq) və  Alina Hacıyeva (81 kq). Boksçularımızdan ilk olaraq bu gün Vəlizadə rinqə çıxacaq. Həmyerlimiz  Bakı vaxtı ilə saat 22:15-də 1/8 final mərhələsində rusiyalı Stefani Sultanova ilə qarşılaşacaq.

Məryəm Cəbrayılova iyulun 23-də irlandiyalı Kiara Şheediylə,  Alina Hacıyeva isə iyulun 26-da ukraynalı Anastasiya Stankeviçlə üz-üzə gələcək.

Qeyd edək ki, seçmə komandamız Avropa birinciliyindən 10 gün öncə İtaliyaya yollanaraq, orada İrlandiya, Hollandiya, Belçika, və yerli komanda ilə birgə təlim-məşq toplanışında iştirak edib.

Avropa birinciliyinə iyulun 27-də yekun vurulacaq.

Yarışda ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edir.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.