18 iyul 2014 12:35

Baku Fires-in rəqibləri bilindi

Türkiyənin İstanbul şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci mövsümünün püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, ötən çempionatda 12 komanda mübarizə aparırdısa, bu dəfə klubların sayı 16-ya çatıb.

Son mövsümün finalçıları – “Cuba Domadores” və “Baku Fires” klubları püşkatmada səpələnmişlər sırasında yer alıblar. Kubalılar “A” qrupunda, Azərbaycan komandası isə “B” qrupunda çıxış edəcək. Hər iki komanda çempionatda ilk və sonuncu görüşlərini doğma divarlar arasında keçirəcəklər. Venesuela, Mərakeş kimi ölkələr WSB liqasında debüt edəcəklər. Bundan başqa, birinci və ikinci mövsümdə mübarizə aparmış Çin komandası yenidən WSB liqasına qayıdıb. “B” qrupunda çıxış edəcək 6-cı komandanın adı hələ ki, açıqlanmayıb. Bununla bağlı, AİBA rəsmiləri bir neçə federasiya ilə danışıqlar aparırlar. Ona görə də püşkatma mərasimində 6-cı komanda hələ ki, WSB kimi qeyd olunub.

“Baku Fires” komandası “B” qrupunda “Argentina Condors”, “Astana Arlans”, “İtalia Thunder”, USA Knockouts, “Hussars Poland”, Venesuela və adı açıqlanmayan 6-cı klubla yarışacaq. “A” qrupunda isə “Ukraine Otamans”, Rusiya, Almaniya, “Desert Hawks” (Əlcəzair), “Mexico Guerreros”, “Cuba Domaderos”, Çin və Mərakeş komandaları mübarizə aparacaq. “Baku Fires” ilk görüşünü doğma divarlar arasında İtaliya təmsilçisinə qarşı keçirəcək.

Yeni mövsümün 2015-ci ilin yanvarında başlaması nəzərdə tutulur. Çempionatın sonunda 17 boksçu 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya oyunlarına lisenziya qazanacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.