24 iyun 2014 17:24

Qəbələ Reptona qarşı

İyunun 27-də Londonda “Avropa Azərbaycan Cəmiyyəti”nin (TEAS) təşkilatçılığı ilə “Qəbələ” İdman Klubunun və İngiltərənin ən qocaman boks klublarından biri, əsası 1884-cü ildə qoyulmuş “Repton”nun dəri əlcək ustaları arasında boks gecəsi keçiriləcək. Azerisport.az xəbər verir ki, Dünya Qaçqınlar Günü münasibəti ilə təşkil olunan gecədən əldə ediləcək vəsait “Mo Farah Foundation” xeyriyyə cəmiyyətinin hesabına köçürüləcək. Boks gecəsi “Qəbələ” İdman Klubu prezidentinin müşaviri, İngiltərə yığma komandasının və “Arsenal” klubunun sabiq kapitanı Toni Adams və “Repton” klubunun meneceri  Darren Barkerin təşəbbüsü ilə təşkil olunur.

Tədbirdə İngiltərənin tanınmış idman xadimləri də iştirak edəcəklər. İngiltərə peşəkar boks tarixinin ən məşhur simalarından biri, ağır çəki dərəcəsində WBC (World Boxing Council) versiyası izrə dünya, EBU (European Boxing Union) versiyasında Avropa çempionu Frenk Bruno həmin gün qonaq qismində gecənin keçirildiyi “York Holl Leisure Centre ”yə təşrif buyuracaq. Qeyd edək ki, Frenk Bruno həmkarları Henri Kuper, Lennoks Lyuis və  Devid Xey kimi ağır çəki dərəcəsində Britaniya peşəkar boks tarixinin ən mötəbər simalarından biridir. Müasir peşəkar boksun ən perspektivli boksçusu, 26 yaşlı britaniyalı Corc Qrovs, eləcə də tanınmış futbol veteranları, İngiltərə milli yığma komandasının sabiq üzvləri Co Koul, Naycel Vinterbern və Gari Mabbutt da gecənin fəxri qonaqları arasında olacaqlar.

“Qəbələ” və “Repton” klublarının boksçuları arasında 9 döyüşün keçirilməsi nəzərdə tutulub. Döyüşlər aşağıdakı cütlüklər arasında baş tutacaq:

52 kq: Harvey Horn – Ruslan Musayev
64 kq: Alfie Price – Lorenzo Collazo Sotomayor
69 kq: Norris Thompson – Tamerlan Abdullayev
75 kq: Bobby Foreman – Ruhin Şabanov 
81kq: Matthew Tinker – Elvin Qənbərov 
81 kq:Tom Barry – Hüseyn Qasımov
91 kq: Lawrence Okolie – Rahil Məmmədli 
+91 kq: Nicholas Webb – Asəf Aslanlı

“Qəbələ”nin boks komandasının baş məşqçisi, kubalı mütəxəssis Lozaro Martines Ximenesdir. Ona məşqçilər Fariz Məmmədov və Natiq Aslanov kömək edirlər. Tədbir  “Sky Sports News” və “TalkSport” kimi tanınmış idman kanalları vasitəsi ilə geniş işıqlandırılacaq. (klub saytı)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.