10 iyun 2014 17:48

Nuripaşa Talıbov: Baku Firesin ikinci yeri tutması, məni sevindirmir

“Baku Fires”in baş məşqçisi Nuripaşa Talıbov azerisport.az saytına müsahibəsində 2013/2014-cü illər mövsümünün yekunlarından, komandasının finaldakı məğlubiyyətindən danışıb:

- Cari mövsümü “Baku Fires” üçün necə qiymətləndirirsiniz?
- Ardıcıl 4 il Ümumdünya Boks Seriyası keçirilir. Bu il “Baku Fires” ən yaxşı nəticəni göstərdi. Əsas hədəfimiz yarımfinala və mümkün olsa finala vəsiqə qazanmaq idi. Biz məqsədimizə nail olduq. Amma bununla kifayətlənmək istəmirdik. Finala çıxan istənilən komanda qələbə haqda düşünür. “Baku Fires” həlledici görüşdə maksimum güc sərf etsə də, istəyinə çatmadı. Güclü komandaların iştirak etdiyi yarışda ikinci yeri tutduq. Lakin finaldakı məğlubiyyət mənə pis təsir etdi. Son görüşdə uduzmaq həmişə ağır olur. İkinci yeri tutmaq çoxlarını sevindirir. Mən bu nəticəyə sevinmirəm. Maksimalistəm, kuboku qazanmalı idik. İl boyu komandanı dəstəklədiklərinə görə, azarkeşlərə təşəkkür edirəm.

- Finalda məğlubiyyəti necə izah edərdiniz?
- Əvvəlcə qeyd edək ki, biz “Cuba Domadores” komandasına uduzduq. Kuba boks ölkəsidir. Heyətində dünya və olimpiya çempionları var. Digər tərəfdən boksçularımdan narazı qala bilmərəm. Onlar sona qədər mübarizə apardılar. Heyətdə elə boksçu var ki, bir görüşdə belə rinqə çıxmayıb. Amma həmin boksçu da digərlərinə dəstək oldu. Mövsüm boyu vahid komanda kimi yarışdıq. Ehtiyatda qalan, yoxlama görüşündə komanda yoldaşına kömək oldu. Başqası, məşqlərdə köməyini əsirgəmədi. Vahid komanda kimi yarışdıq, amma çempionluğun bir addımlığında dayanmalı olduq.

- Etiraf edirsiniz ki, Kuba güclü idi...
- Biz də zəif deyildik. Futbolda Braziliya necə güclüdürsə, boksda da Kuba o səviyyədədir. Amma rəqib məğlubedilməz deyildi. Qrup mərhələsində yalnız “Baku Fires” Kuba boksçularına quru hesabla uduzmayıb. Biz hər iki görüşdə iki döyüşü qələbə ilə başa vurduq. Müəyyən mənada, finalda bəxtimiz gətirmədi. Məğlub olan boksçularımız bir qədər diqqətli və hazırlıqlı olsa idilər, nəticə fərqli ola bilərdi. Eyni zamanda, yekun görüşdə Romaşkeviçin döyüşündə hakimlər qələbəni bizə verə bilərdilər. Nədənsə, əksinə oldu. Romaşkeviç döyüşə görə qalib gəlmədi, amma həm də uduzmadı. Hakimlər isə rəqibə yüksək xal verdilər. Eyni hal Kubada olsaydı, qələbəni onlara verərdilər. Sirr deyil ki, ev sahibinə balaca dəstək olur. Əgər bərabər görüşdürsə, qələbəni meydan sahibinə verirlər. Bütün dünyada belədir. Finalda isə belə olmadı.

- Bəlkə heyəti düzgün müəyyənləşdirmədiniz?
- Heyət düzgün qurulmuşdu. Komanda ən yaxşı boksçulardan qurulmuşdu. Heyətdə səhvlər yoxdur. Sadəcə, bəxtsizlik oldu. Romaşkeviç ilk raundu yaxşı keçirdi. Burda da hakimlər yüksək xalı kubalı boksçuya verdi. Bəhanə axtarmıram, sadəcə, fikrimi deyirəm. “Baku Fires” komandası üçün hər cür şərait yaradılıb. ABF-nin prezidenti Kəmaləddin Heydərovun sayəsində şəraitimiz yaxşı idi. Biz istəyirdik ki, kuboku Bakıda saxlayaq. Finalda məğlubiyyət hər zaman acı olur.

- Məhəmmədrəsul Məcidov olsaydı, başqa nəticə ola bilərdi?
- Məcidov dünya çempionatından sonra optimal formanı bərpa etməyib. 8 ay məşq etməməsi, hiss olunmaya bilməzdi. Ona görə ona şans verə bilməzdik. Fikrimcə, o, tez bir zamanda formasını bərpa edəcək. Məşqlərdə səylə çalışır. Məcidov hər zaman komandaya lazımdır.

- Yeni mövsümdə heyətdə dəyişiklik olacaq?
- Klubdaxili iclasımız olacaq. Orada hamıya təşəkkür edəcəyik. Sonra müzakirələr apararaq, yekun qərar açıqlanacaq. Bəzi boksçular yola salınacaq. Çünki, heyəti gücləndirmək istəyirik. Yeni mövsüm yanvarda başlayır. Müəyyən mənada, vaxtımız var. Yeni boksçular cəlb olunacaq. Komanda daha da güclənəcək. Finaldakı məğlubiyyət hamımıza bir qədər fərqli hisslər yaşatdı. 2-ci olmaq 3-cü olmaqdan yaxşıdır. Buna baxmayaraq, biz heç vaxt kuboka bu qədər yaxın olmamışdıq. Qalib gəlmək şanslarımız var idi. 

- 2014/2015-ci illər mövsümündə hədəf yenə çempionluq olacaq?
- Çempionluq hər zaman əsas hədəf olub. Bununla yanaşı, lisenziyalar uğrunda mübarizə başlayacaq. Boksçularımız həm də olimpiadaya lisenziya uğrunda mübarizə aparacaq. Məqsədimiz mümkün qədər çoxlu sayda lisenziya qazanmaqdır.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.