30 may 2014 12:33

Yeniyetmə boksçularımızın II Olimpiya oyunlarında rəqibləri məlum oldu

Çin Xalq Respublikasının Nankin şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya oyunlarında çıxış edəcək boksçuların siyahısı bəlli olub. Azerisport.az xəbər verir ki, təsnifat mərhələsində mübarizə aparan 500 idmançıdan yalnız 78-i Olimpiadaya vəsiqə qazanıb.
Onlardan 60-ı oğlanların, 18-i isə qızların yarışında gücünü sınayacaq. Azərbaycan milli komandasının 3 üzvü də Nankin Olimpiadasında rinqə çıxacaq. Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq) və Məhəmmədəli Tahirov (91+kq) Sofiyada keçirilən gənclər arasında dünya birinciliyində Olimpiadaya vəsiqə qazanıblar. Artıq boksçularımızın Çindəki rəqibləri də məlumdur. 49 kq çəki dərəcəsində yarışacaq dünya birinciliyinin bürünc mükafatçısı Rüfət Hüseynovun mümkün rəqibləri qazaxıstanlı Şalkar Aikhinbay, özbəkistanlı Süleymon Latipov, hindistanlı Şyam Kakara, yaponiyalı Subaru Murata və türkiyəli Mert Karaklıç olacaq. Dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadəni də (52 kq) güclü rəqiblər gözləyir. Boksçumuzla bir çəki dərəcəsində ABŞ-dan Şakur Stevenson, Böyük Britaniyadan Məhəmməd Əli, Çindən Lv Pinq, Bolqarıstandan Daniel Asenov və Hindistandan Qaurav Solanki mübarizə aparacaq. Məhəmmədəli Tahirova (91+kq) gəlincə, həmyerlimiz amerikalı Rok Daramni, almaniyalı Peter Kadiru, macarıstanlı Lazlo Komor, rusiyalı Marat Kerimxanov və argentinalı Kevin Espindola ilə qarşılaşa bilər.

Nankində boks yarışları avqustun 23-dən 27-ə kimi keçiriləcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.