14 may 2014 17:55

Komandamız 14 medalla birinci oldu

Bakı Olimpiya Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, 13 çəki dərəcəsi üzrə keçirilən yarışda 12 ölkənin 150 idmançısı mübarizə aparıb.
Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Fransa, Finlandiya, Rusiya, Qazaxıstan, Macarıstan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İrlandiya və Latviya idmançıları güclərini sınayıb. Komandamız yarışda 5 qızıl, 1 gümüş və 8 bürünc medala sahib olub. Boksçularımızdan Malik Həsənov (48 kq), Ramazan Abdullayev (50 kq), Elton Məmmədov (52 kq), Pərviz Quliyev (63 kq), Şamil Səfərəliyev (80+kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız Ozcan Kərimov finalda Rusiya boksçusuna məğlub olaraq, gümüş medala layiq görülüb. Rauf Mansurzadə (48 kq), Şamil Məmmədov (52 kq), Mahir Mahmudov (57 kq), Ayxan Tağızadə (60 kq), Cavid Məmmədov (66 kq), Rasim Çobanlı (70 kq), Hacı Dilbazov (70 kq), və Məhəmməd Abdullayev (80+kq) bürünc medalla kifayətləniblər.
Ümumkomanda hesabında Azərbaycan 1-ci, Qazaxıstan 2-ci, Rusiya isə 3-cü yeri tutub. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış sentyabrda Rusiyanın Anapa şəhərində keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyıb.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.