3 may 2014 15:33

Albert Səlimov: Finalda Rusiya və ya Kubanın bizə rəqib olması, o qədər önəmli deyil

“Baku Fires” klubunun boksçusu, dünya və Avropa çempionu Albert Səlimov azerisport.az saytına müsahibəsində Ümumdünya Boks Seriyasında yarımfinal mərhələsinin cavab görüşü, final və karyerası barədə danışıb:

- Yarımfinalın ilk görüşündə səfərdə Qazaxıstanın “Astana Arlans” komandasına 2:3 hesabı ilə uduzdunuz. Qubada keçiriləcək cavab görüşündə şanslar necədir?
- Şanslar bərabərdir. Səfərdə 2:3 hesabı ilə uduzmaq, pis nəticə deyil. Əgər Bakıda 4 görüşdə qələbə qazansaq biz finala vəsiqə qazanacağıq. Bu mənada, komandamızın şansları pis deyil. Hər şey özümüzdən asılıdır. Başa düşürük ki, cari mövsüm böyük qələbə ilə başa vurmaq imkanımız var. Gərək, bundan istifadə edək.

- Rəqib ilk görüşdən sonra hakimlərin Azərbaycan təmsilçisinə kömək etdiyini bildirib. Bu fikir Qermaxanovun görüşü ilə bağlı söylənilib...
- Nə vaxtsa uduzan tərəfin narazı olmadığını görmüsünüz? İdmanda hər zaman belədir. Uduzan, səbəb axtarır. Görüş canlı yayımlanıb. Ona görə hamı gördü ki, boksçumuz haqlı olaraq qələbə qazanıb.

- Əgər hesab bərabərləşsə, əlavə döyüşdə Teymur Məmmədov rinqə çıxacaq. Səncə, buna ehtiyac qalacaq?
- “Astana Arlans” komandasında güclü boksçular var. Amma “Baku Fires” zəif deyil. Əlbəttə, mümkündür ki, Teymur rinqə çıxsın. Amma biz çalışmalıyıq, lazımi nəticəni 5 görüş zamanı əldə edək. Azarkeşlər hər zaman olduğunu kimi bizə güclü dəstək olacaq. Ona görə qələbə bizim olmalıdır.

- Digər yarımfinalda Rusiya və Kuba boksçuları mübarizə aparır. Finalda hansı komanda ilə görüşmək istərdin?
- Mənim üçün fərqi yoxdur. Rusiya və ya Kuba komandasından kim güclüdürsə, o da bizə rəqib olsun. Əgər finala vəsiqə qazansaq, kimə qarşı yarışacağımız maraqlı deyil. Əsas, öz hazırlığımızdır. Rəqibin kimliyindən asılı olmayaraq, biz qalib gəlmək istəyirik.

- Azərbaycan vətəndaşlığını qəbul etməli idin. Bu məsələ nə yerdədir?
- Artıq bütün sənədlər hazırdır. Mənim Azərbaycan pasportum var. Gələcəkdə Azərbaycan yığmasında iştirak etmək istəyirəm. Cari mövsüm başa çatandan sonra ilk olaraq, Azərbaycan çempionatında mübarizə aparacağam. Gələn ilin mart-aprel aylarından başlayaraq, Azərbaycan millisində beynəlxalq arenada çıxış edəcəyəm. Arzum Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır.

- Rusiya tərəfi ilə bağlı problem yoxdur?
- Rusiyada artıq məni unudublar. Ona görə qələbə qazanmaqla, özümü yada sala bilərəm. Mənimlə bağlı heç bir problem yoxdur. Mən öz seçimimi etmişəm. Qərarımda qətiyəm. Azərbaycan yığmasının şərəfini qorumaq istəyirəm.

- Cari mövsüm “Baku Fires”in heyətində çıxışını necə qiymətləndirirsən?
- Fikrimcə, hər şey normaldır. Sadəcə İtaliya komandası ilə səfər görüşündə yaxşı çıxış etmədim. Həmin gün bilmirəm, mənə nə olmuşdu. Gücümü göstərə bilmədim. Digər görüşlərim zamanı qələbə qazanmağı bacarmışam. Əgər “Baku Fires”lə dünya çempionu olsaq, onda mövsümün əla alındığını deyə bilərəm.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.