30 aprel 2014 12:00

Baku Fires - Astana Arlans: heyətlər məlumdur

Mayın 3-də saat 19.00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsinin cavab görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu doğma divarlar arasında turnirin ötən ilki qalibi Qazaxıstanın “Astana Arlans” komandasını qəbul edəcək.
Astanada keçirilmiş ilk döyüşdə yerli komanda 3:2 hesabı ilə qələbə qazanmışdı. Qeyd edək ki, cari çempionatda qrup mərhələsində də bu komandalar 2 dəfə üz-üzə gəliblər. Qazaxıstanda yerli komanda 4:1, Qubada isə eyni hesabla “Baku Fires” qələbə qazanıb.
Komandaların heyətləri artıq məlumdur:
Baku Fires - Astana Arlans
52 kq. Maqomed Abdulhəmidov - Miras Jakupov
60 kq. Albert Səlimov - Samat Başenov
69 kq. Yevgeni Ramaşkeviç - Daniyar Yeleussinov
81 kq. Mixail Dolqolevts - Hrvoje Sep
+91 kq. Hacı Murtuzəliyev - Ruslan Mırsatayev
Əlavə döyüş. 81 kq. Teymur Məmmədov - Adilbek Niyazimbetov
“Baku Fires” səfərdə 2:3 hesabı ilə uduzduğundan komandamızın finala yüksəlmək şansları yüksək qiymətləndirilir.
Boks həvəskarları yenə də Səlimov - Başenov döyüşünü izləyəcəklər. Bu idmançılar artıq bir dəfə Qubada üz-üzə gəliblər və həmin qarşılaşmada “Baku Fires” klubunun üzvü qalib gəlib. Qazaxıstan komandasının heyətində son dünya çempionu Daniyar Yeleusinov da Qubaya gələcək. 69 kq çəki dərəcəsində Almatıda qızıl medala layiq görülmüş boksçu komandamızın belaruslu üzvü Yevgeni Ramaşkeviçlə qarşılaşacaq. Yeleusinov cari mövsümdə bir dəfə rinqə çıxaraq, qələbə qazanıb.
Xorvatiyalı Hrvoje Sep də qonaq komandanın aparıcı boksçularındandır. 2011-ci ildə Avropa çempionatında bürünc medal qazanan xorvatiyalı idmançı WSB liqasında 15 döyüşdə qalib
gəlib, 6-da məğlub olub. “Baku Fires” komandasının baş məşqçisi Nuripaşa Talibov 81 kq-da bu çempionatda cəmi 1 götüş keçirən Dolqolevtsə güvənib.
Hacı Murtuzəliyevlə Ruslan Mırsateyevin növbəti görüşü də maraqla gözlənilir. 6-cı turda Qubada keçirilən qarşılaşmada Murtuzəliyev təcrübəli rəqibindən üstün olmuşdu. Bu Mırsatayevin cari mövsümdə yeganə məğlubiyyətidir.
Əgər cavab qarşılaşması 3:2 hesabı ilə komandamızın xeyrinə qutarsa, o zaman 81 kq çəki dərəcəsində əlavə döyüş olacaq. Qazaxıstan komandası bu çəkidə Olimpiya oyunları və dünya çempionatlarının gümüş mükafatçısı Adilbek Niyazımbetova güvənib. Əlavə döyüşə ehtiyac olsa, Niyazımbetova Teymur Məmmədov öz gücünü göstərməli olacaq.
Qeyd edək ki, son anda heyətdə hər hansı əvəzləmələrin olması istisna edilmir.
Digər yarımfinal qarşılaşması Kubada keçiriləcək. Xatırladaq ki, ilk görüşdə “Cuba Domaderos” Moskvada Rusiya komandasını 3:2 hesabı ilə məğlub edib.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.