17 aprel 2014 15:15

Yusifzadə ikinci döyüşünə çıxacaq

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında boks üzrə dünya birinciliyində daha bir idmançımız mübarizəni dayandırıb. Azerisport.az xəbər verir ki, 69 kq çəki dərəcəsində yarışan Roman Zakirov Macarıstan nümayəndəsi Bernard Barsoni ilə dueldən məğlub ayrılıb - 1:2.
Bu gün daha üç boksçumuz rinqə çıxacaq. Məsud Yusifzadə (52 kq) dünya birinciliyində ikinci döyüşünü keçirəcək. Milli komandamızın üzvü günorta proqramında kanadalı Adrian Halfordla üz-üzə gələcək. Axşam proqramında ilk olaraq, Şükran Mehdiyev (91 kq) öz bacarığını nümayiş etdirəcək. Boksçumuz Norveçi təmsil edən Yonas Soenstebi ilə qarşılaşacaq.
Qeyd edək ki, Norveç Boks Federasiyası AİBA tərəfindən diskvalifikasiya olunduğundan Soenstebi Avropa Boks Federasiyasının bayrağı altında çıxış edəcək. Superağır çəki dərəcəsində döyüşən Məhəmmədəli Tahirov da dünya birinciliyində ilk görüşünü keçirəcək. Həmyerlimiz litvalı Dovidas Sernasla döyüşəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.