17 mart 2014 18:48

Dünya birinciliyində yeni rekord

Apreldə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək boks üzrə gənclər arasında dünya birinciliyində rekord sayda idmançı iştirak edəcək. Azerisport.az xəbər verir ki, Çin Xalq Respublikasının Nyankin şəhərində təşkil olunacaq yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan yarışda 105 ölkənin 606 boksçusu (506 oğlan və 100 qız) mübarizə aparacaq.

Qeyd edək ki, 2012-ci ildə İrəvandakı son dünya birinciliyində 69 ölkənin 367 boksçusu gücünü sınamışdı. Həmin yarışda yalnız gənc oğlanlar çıxış edib. İlk dəfə olaraq, Yeniyetmələrin Olimpiya oyunlarının proqramına qadın boksu da daxil edilib. Gənc qızlar Olimpiadada 3 çəki dərəcəsində ( 51, 60, və 75 kq) mübarizə aparacaqlar. Dünya çempionatında ilk 3 yeri tutan boksçular planetin ən böyük yarışına vəsiqə qazanacaqlar. Ancaq Beynəlxalq Olimpiya Komitəsi oğlanlarda hər ölkəyə 3, qızlarda isə 2 yer ayırıb.

Gənclərdən ibarət milli komandamız hazırda Qəbələdə dünya birinciliyinə hazırlığı davam etdirir. Martın 23-də Bakıya gələcək boksçularımız ayın 30-da Bolqarıstana yollanaraq, hazırlığı orada davam etdirəcəklər. Qeyd edək ki, dünya birinciliyi aprelin 14-dən 24-ə kimi Sofiyada Armeek Arenada keçiriləcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.