12 mart 2014 00:13

Fariz Məmmədovun rəqibi dəyişdi

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov martın 15-də növbəti döyüşünü keçirəcək. Azerisport.az xəbər verir ki, bu görüş planlaşdırıldığı kimi alman Mattias Pelkə qarşı deyil, digər təcrübəli boksçu Samir Boukraraya qarşı baş tutacaq.
Pelklə görüşün baş tutmamasına səbəb Almaniya təmsilçisinin döyüşə 2 həftə qalmış zədələnməsi olub. Bu barədə gabalafc.az saytına açıqlama verən Fariz Məmmədov Boukrara ilə planlaşdırılan qarşılaşmanın təfərrüatlarından danışıb:
"Bildiyiniz kimi bir neçə gün sonra almaniyalı Mattias Pelklə revanş döyüşündə üz-üzə gəlməli idim. Lakin Pelkin zədələnməsi sözügedən görüşün təxirə salınması ilə nəticələndi. Əvəzində reytinq xarakterli 8 raundluq döyüşdə rinqə çıxacağam. Bu qarşılaşmada mərakeşli Samir Boukrara ilə üz-üzə gələcəyəm. Rəqibimin 36 yaşı var. Peşəkar rinqdə təcrübəsi böyükdür, çoxlu vacib qələbələri var. Bu mənim üçün Pelklə görüş öncəsi vacib döyüş olacaq. O ki qaldı revanşın vaxtına, bu Mattiasın müalicə müddətindən asılı olacaq. Həkimlər ona döyüşməyə icazə verdikdən sonra tarixi müəyyənləşdirəcəyik. Yəqin ki, qarşılaşma may və ya iyun ayında baş tutacaq".
(Klub saytı)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.