10 mart 2014 00:05

Böyük İpək Yolunda Azərbaycan boksçularının üstünlüyü

Şağan Olimpiya İdman Kompleksində boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan komandası yarışı 4 qızıl, 1 gümüş və 9 bürünc medalla başa vurub.
Son ölkə çempionu Tural Əhmədov beynəlxalq turnirdə də 1-ci yerə layiq görülüb.
Milli komandamızın üzvü finalda Qırğızıstan idmançısı Bektur Otoqonovu məğlub edib. Lorenzo Sotomayor da (64 kq) yarışı 1-ci yerdə başa vurub. Kuba əsilli boksçumuz həlledici görüşdə Gürcüstan idmançısı İrakli Melikaşvilini üstələyib. İlk dəfə Azərbaycan bayrağı altında beynəlxalq turnirdə iştirak edən Jaba Xositaşvili (75 kq) bütün rəqiblərindən üstün olub. “Baku Fires” klubunun digər üzvü Denis Latipov (91+kq) isə finala vəsiqə qazansa da, o, yarımfinalda idmançıya yaraşmayan hərəkət etdiyindən diskvalifikasiya olunub.
49 kq
Denis Kozaruk (Ukrayna) - Turat Osmonov (Qırğızıstan) Osmonov qalib gəlib
52 kq
Zarid Jumayev (Türkmənistan) 0:3 Oldjas Satibayev (Qazaxıstan)
56 kq
Tural Əhmədov (Azərbaycan) 2:1 Bektur Otoqonov (Qırğızıstan)
60 kq
Aşxat Nametkerim (Qazaxıstan) 0:3 Zakir Safiullin (Qazaxıstan)
64 kq
İrakli Melikaşvili (Gürcüstan) 0:3 Lorenzo Sotomayor (Azərbaycan)
69 kq
İqor Xaritonov (Rusiya) 3:0 Qela Abaşidze (Gürcüstan)
75 kq
Tomas Pivorun (Litva) 0:3 Kamran Şahsuvarlı (Azərbaycan)
81 kq
Jaba Xositaşvili - Dauren Yelusinov (Qazaxıstan) Xositaşvili qalib gəlib
91 kq
Tadas Tamaşkauskas (Litva) 2:1 Heydər Heydərov (Azərbaycan)
91+kq
Denis Latipov (Azərbaycan) - Mixail Baxtidze (Gürcüstan) Latipov diskvalifikasiya olunub

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.