7 mart 2014 15:40

Rauf Rəhimov qələbə ilə başladı

Şağan Olimpiya İdman Kompleksində boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə start verilib. Azerisport.az xəbər verir ki, yarışda 9 ölkənin 113 idmançısı qələbə uğrunda mübarizə aparır.
Turnirin ilk günündə 52, 56, 60, 64, 69, 75, 81 və 91 kq çəki dərəcələrində görüşlər keçirilib. Son ölkə çempionatının bürünc mükafatçısı Fərid Ağamoğlanov (56 kq) ilk döyüşdə Türkmənistan idmançısı Yakub Meridovu məğlub edib. Azərbaycan çempionatının gümüş mükafatçısı Nəsrəddin Məmmədov (60 kq) da yarışa qələbə ilə başlayıb. Boksçumuz litvalı Edqaras Skurdelisi mübarizədən kənarlaşdırıb. 64 kq çəki dərəcəsində ölkə çempionatının qaıibi Lorenzo Sotomayor ilk görüşdə Türkmənistan nümayəndəsi Aziz Bebitovu üstələyib. Milli komandamızın üzvlərindən Tamerlan Abdullayev də (69 kq) növbəti mərhələyə vəsiqə əldə edib. Həmyerlimiz gərgin mübarizədə Qazaxıstan boksçusu Əzəmət Dosmoqombetov üzərində qələbə qazanıb. 81 kq çəki dərəcəsində “Baku Fires” klubunun üzvü Jaba Xositaşvili Azərbaycan bayrağı altında ilk yarışda debüt edib. O, Litva nümayəndəsi Vladimir Milevskini məğlubiyyətə uğradıb. Dünya və Avropa çempionatlarının iştirakçısı Rauf Rəhimov yarışa asan qələbə ilə başlayıb. Milli komandamızın üzvü digər boksçumuz İlkin Əliyevi yarışdan kənarlaşdırıb. 81 kq çəki dərəcəsində London Olimpiadasının iştirakçısı Vətən Hüseynli ilə Elvin Qəmbərovun da döyüşü maraqla gözlənilirdi. Qəmbərov daha təcrübəli rəqibi məğlub edib.
Gənclər arasında dünya çempionu rusiyalı Hüseyn Baysanqurov (64 kq), Qazaxıstan çempionu Sadaqat Raxmankulov (69 kq), gənclər arasında 2 qat Avropa çempionu İqor Xaritonov (Rusiya), Asiya çempionu Oljas Sattibayev (Qazaxıstan) ilk döyüşlərini qələbə ilə başa vurublar.  
(ABF)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.