21 fevral 2014 16:40

Baku Fires və Rusiya komandası mətbuat konfransı keçirib

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunun “Baku Fires” (Azərbaycan) və Rusiya komandaları arasında keçiriləcək görüşə həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, boksçuların çəki mərasimindən sonra hər iki klubun nümayəndələri və idmançılar jurnalistlərin suallarını cavablandırıblar.
Qonaq komandanın baş meneceri Stepan Lendyel Azrəbaycan idmanının son illərdə inkişaf yolu keçdiyini deyərək, boksa xüsusi diqqət göstərildiyini bildirib. O, “Baku Fires” klubunda olan bir çox boksçuları hələ Rusiyada çıxış etdikləri dövrdən tanıdıqlarını qeyd edib. Lendyel Azərbaycan komandası ilə görüşün gərgin keçəcəyini vurğulayıb.
Komandamızın baş məşqçisi Nuripaşa Talibov Rusiyanın boks ölkəsi olduğunu qeyd edib: “Rusiyada həmişə güclü boksçular olub. Səfərdə bu komandaya 0:5 hesabı ilə uduzmuşduq. Bu dəfə qələbə qazanmağa çalışacağıq. Hesabın necə olacağını deyə bilmərəm. Amma hamını qalibiyyətlə sevindirmək üçün əlimizdən gələni edəcəyik”. “Baku Fires”in çalışdırıcısı növbəti tur Kubada keçiriləcək görüşdə Teymur Məmmədovu heyətə daxil edə biləcəklərini deyib: “Teymur Polşa idmançısı ilə döyüşdə yaxşı təsir bağışladı. Dünya çempionatından sonra uzun müddət rinqə çıxmasa da, 5 raund pis döyüşmədi. Hələ dəqiq deyə bilmərəm, amma Teymur da Kubaya gedə bilər. Məhəmmədrəsul Məcidov isə növbəti turda da rinqə çıxmayacaq. Hələ ki o, döyüşməyə hazır deyil. Dünya çempionatından sonra Məcidov heç bir yarışda iştirak etməyib. Ümid edirəm ki, pley-off mərhələsində bizə kömək edəcək”.
Rusiya komandasının məşqçisi Ruslan Azarov bəzi çəki dərəcələrində nəyə görə “birinci nömrələrin” Qubaya gəlməməsinə aydınlıq gətirib: “Hazırda komandamız demək olar ki, eyni anda 3 görüşə hazırlaşır. Bu heyət sabah “Baku Fires”lə döyüşəcək. Digər boksçularımız Moskvada təlim-məşq toplanışındadırlar. Bir heyət çərşənbə axşamı Meksikaya yollanacaq. Digər boksçular isə martın 12-də keçiriləcək “Cuba Domaderos”la vacib qarşılaşmaya hazırlaşacaqlar. Bildiyiniz kimi bu döyüş Soçi Olimpiadasına görə təxirə salınmışdı”.
“Baku Fires” - Rusiya görüşündə ən maraqlı döyüşlərdən biri Abdulqadir Abdullayevlə Aleksey Yeqorov arasında olacaq. Bununla bağlı hər iki boksçu fikrini bildirib. 2013-cü ilin Avropa çempionu Yeqorov döyüşə adi qaydada hazırlaşdığını və rəqibi tanıdığını bildirib. Son vaxtlar yaxşı formada olan Abdullayev də baş məşqçi Nuripaşa Talibovla birgə Yeqorovun döyüşlərini analiz etdiklərini söyləyib: “Əlbəttə, doğma azarkeşlər qarşısında qalib gəlmək istərdim”.
Xatırladaq ki, “Baku Fires” - Rusiya fevralın 22-də saat 19:00-da Quba Olimpiya Kompleksində keçiriləcək.
Komandaların heyətləri:
“Baku Fires” - Rusiya
49 kq. Xamza Nametov - Bator Saqaluyev;
56 kq. Məhəmməd Qurbanov - Nikita Fedorçenko;
64 kq. Heybətulla Hacəliyev - Maksim Dadaşov;
75kq. Nikolay Veselov - Pyotr Xamukov;
91 kq. Abdulqadir Abdullayev - Aleksey Yeqorov.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.