18 fevral 2014 17:28

Baku Fires - Rusiya: heyətlər məlumdur

Fevralın 22-da saat 19:00-da Quba Olimpiya İdman Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turun matçında Azərbaycanın Baku Fires və Rusiya komandaları qarşılaşacaq. Azerisport.az xəbər verir, hazırda “Baku Fires” klubu 8 görüşdən 14 xal toplayaraq, B qrupunda 3-cü yeri tutur . Bir qarşılaşma az keçirən şimal qonşumuz 13 xalla 4-cü pillədədir.
Komandaların heyətləri:
Baku Fires - Rusiya
49 kq. Xamza Nametov - Bator Saqaluyev;
56 kq. Məhəmməd Qurbanov - Nikita Fedorçenko;
64 kq. Heybətulla Hacəliyev - Maksim Dadaşev;
75 kq. Nikolay Veselov - Pyotr Xamukov;
91 kq. Abdulqadir Abdullayev - Aleksey Yeqorov.
49 kq çəki dərəcəsində mübarizə aparacaq Bator Saqaluyev ötən il də ölkəmizdə olub. O, “Böyük İpək Yolu” turnirində yalnız finalda uduzaraq, gümüş medala layiq görülmüşdü. Rusiyalı boksçu WSB liqasında 1 döyüş keçirərək, məğlub olub.
Aleksey Yeqorov da boks həvəskarlarına yaxşı tanış olan simadır. O, ötən il Minskdə keçirilən Avropa çempionatında qızıl medala layiq görülüb. Finalda Yeqorovla qarşılaşan Teymur Məmmədov zədələndiyindən döyüşü sonadək davam etdirə bilməmişdi. 2013-cü ildə Rusiya çempionu olan boksçu ilə Abdulqadir Abdullayevin döyüşü gərgin keçəcək.
Petr Xamukov da Rusiya komandasının tanınan boksçularındandır. O, Neft Ölkələrinin Dünya Kubokunda qalib olmaqla yanaşı, ötən il Sankt-Peterburqda döyüş növləri oyunlarında 1-ci yeri tutub. Maraqlıdır ki, Veselov kimi rusiyalı boksçu da cari mövsümdə WSB liqasında yalnız Sergey Derevyançenkoya uduzub.
Cari çempionatda 2 qarşılaşmada qalib gələn milli komandamızın üzvü Heybətulla Hacəliyevin növbəti çıxışı maraqla gözlənilir. Hacəliyev bu dəfə Maksim Dadaşevi üstələməyə çalışacaq.
Turnir cədvəli:
1. Cuba Domaderos - 21 xal (7 görüş);
2. Astana Arlans - 19 (8);
3. Baku Fires - 14 (8);
4. Rusiya - 13 (7);
5. Mexico Guerreros - 6 (8);
6. Hussars Poland - 1 (8).
Bu həftə “B” qrupunda daha iki qarşılaşma baş tutacaq: Mexico Guerreros səfərdə Hussars Poland-la qarşılaşacaq. “Cuba Domaderos” isə doğma rinqdə “Astana Arlans”la qarşılaşacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.