9 fevral 2014 00:55

"Teymura nokauta icazə vermədilər"

"Baku Fires" boks komandasının baş meneceri Rizvan Gənciyev azerisport.az saytına açıqlamasında "Hussards Poland" klubuyla görüşü şərh edib:
"İlk olaraq komandanı təbrik edirəm. Polşa klubu üzərində qələbə sayəsində komanda 1/4 finala vəsiqə qazandı. Bu gün bütün boksçular rəqibdən yaxşı çıxış etdi və güclü olduğunu göstərdi. Teymur Məmmədov artıq ilk raunda nokautla qələbə qazana bilərdi. Biz ona tapşırıq verdik ki, 5 raund normal çıxış etsin. Nokaut lazım deyildi. 3 aydır məşq etmir, indiki halda təcrübə ona vacibdir. Qələbəyə baxmayaraq onunda çıxışında müəyyən çatışmazlıqlar var idi. Komandanın heyətində cəmi 20 gündür. Gələcəkdə daha yaxşı formada olacağına ümid böyükdür.
İndi artıq 1/4 final haqda düşünmək mümkündür. Son görüşlərdə uğur qazanmağa çalışacağıq. Lakin 4-cü pillədən pley-offa yüksəlsək belə mübarizəni davam etdirmək əzmindəyik. Minimum hədəf qrupdan çıxmaq idi. İndi finala qədər irəliləmək lazımdır. Pley-offda Ukrayna və ya İtaliya komandası ilə üz-üzə gələ bilərik. Ona qədər heyətdə bəzi yeni adlar görəcəyiniz mümkündür. Yeni boksçularımız var. Sadəcə adını açıqlamırıq. Rəqiblərin bizə hazırlaşmasına imkan verməməliyik".

Rizvan Gənciyev ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovun qripə yoluxduğunu və buna görə icazə aldığını bildirdi. Hazırda ev şəraitində müalicə olunan boksçu fərdi qaydada məşq edir. Onun tez bir zamanda sağalaraq komandanın hazırlığına qatılacağı gözlənilir. "Baku Fires" Məcidovu Kuba ilə səfər görüşündə heyətə daxil etməyi planlaşdırır.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.