7 fevral 2014 17:17

"Baku Fires" - "Hussars Poland": çəki mərasimi və mətbuat konfransı keçirildi

Bu gün Quba Olimpiya Kompleksində  Ümumdünya Boks Seriyasının (WSB) 8-ci turunun "Baku Fires" (Azərbaycan) və "Hussars Poland" (Polşa) komandaları arasında keçiriləcək sabahkı matça həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, Çəki mərasimindən sonra  Baku Fires-in baş məşqçisi Nuripaşa Talibov,  Polşa klubunun nümayəndəsi Yatsek Selaqovski və WSB-nin supervayzeri Devid Frensis Bayron mətbuat konfransında iştirak ediblər.
“Baku Fires”in baş məşqçisi rəqibin autsayder olmasına baxmayaraq, onlara hörmətlə yanaşdıqlarını bildirib. Talibov ötən tur səfərdə Meksika klubuna 2:3 hesablı məğlubiyyətdən də danışıb: “Həmin vaxt Azərbaycan çempionatı keçirildiyindən Bakıda qaldım. 56 kq çəki dərəcəsində döyüşün nəticəsi bir qədər şübhəli oldu. Bunu mənə Meksikaya gedən məşqçilərimiz də dedi. Orada bir neçə gənc boksçuya da şans vermişdik. Bərabər döyüş getdi. Biz də 3:2 hesabı ilə qələbə qazana bilərdik. Sabah da heyətdə yeni boksçuları görəcəksiz. Bu rəqibə zəif yanaşmağımızdan irəli gəlmir. Sadəcə hər kəsi rinqdə yoxlamaq istəyirəm”.
Nuripaşa Talibov bu yaxınlarda başa çatan Azərbaycan çempionatında bəzi boksçuları bəyəndiyini deyib: “49 kq çəki dərəcəsində gümüş medal qazanan Araz İmaməliyev komandamıza cəlb olunub. Bundan başqa, 52 kq-da mübarizə aparan Elnur Şəfiyevi də heyətə daxil etmək istəyirdik. Ancaq onun hələ 18 yaşı olduğundan komandaya götürə bilmədik. İki boksçumuz - Xaybulla Musalov və Abdulqadir Abdullayev çempion oldu. Ancaq nəticəmiz daha yaxşı ola bilərdi. Osman Əliyev (69 kq) və Batraz Qurtsiyevin döyüşlərində hakim ədalətsizliyi ilə üzləşdik”.
“Hussars Poland”ın baş meneceri Yatsek Selaqovski zəif nəticələrini güclü qrupda çıxış etmələri ilə əlaqələndirib: “Bizim qrup çox güclüdür.  Azərbaycan boksu da inkişafdaddır. İndiyədək “Baku Fires”lə 3 dəfə qarşılaşsaq da, hamısında uduzmuşuq. Bu dəfə rəqibə layiqli müqavimət göstərməyə çalışacağıq”.
Qeyd edək ki, son anda “Baku Fires” komandasının heyətində dəyişiklik edilib. Nuripaşa Talibov Məhəmmədrəsul Məcidovun psixoloji cəhətdən hələ yarışa hazır olmadığını deyərək, onu Arslanbek Mahmudovla əvəzləyib.
Xatırladaq ki,  “Hussars Poland”la görüş fevralın 8-də saat 19:00-da Quba Olimpiya Kompleksində keçiriləcək.
Komandaların heyətləri:
"Baku Fires" - "Hussars Poland"
52 kq. Murad Rabadanov - Marius Koç (Almaniya)
60 kq. Məhəmmədrəşid Cəbrayılov - Mateuş Polski
69 kq. Kamil Əhmədov - Ireneuş Zakrjevski
81 kq. Teymur Məmmədov - Pyotr Podluçki
+91 kq. Arslanbek Mahmudov - Arkadiuş Toborek
“B” qrupunda 4-cü turun bir matçı artıq keçirilib. Mexico City Guerreros doğma rinqdə Istanbul Bosphorus-u 4:1 hesabı ilə məğlub edib.
Turnir cədvəli:
  1. Cuba Domaderos - 21 xal (7 matç)
  2. Astana Arlans - 16 (7)
  3. Rusiya - 13 (7)
  4. Baku Fires  - 11 (7)
  5. Mexico Gurreros - 5 (7)
  6. Hussars Poland - 1 (7)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.