4 fevral 2014 16:16

Məcidov və Məmmədov Baku Fires-a dəstək olacaq

"Baku Fires" fevralın 8-də Quba Olimpiya Kompleksində Polşanın "Hussars Poland" komandasını qəbul edəcək. Azerisport.az 8-ci turun görüşlərində iştirak edəcək boksçuları tədqim edir:

52 kq. Murad Rabadanov - Marluş Pyotr Koç
60 kq. Məhəmmədrəşid Cəbrayılov - Mateuş Polski
69 kq. Kamil Əhmədov-İreneuş Zakrevski
81 kq. Teymur Məmmədov- Pyotr Podluçki
91 kq.-dan yuxarı Məhəmmədrəsul Məcidov- Arkadiuş Tabarek

Qeyd edək ki, qələbə sayəsində Baku Fires 1/4 finala vəsiqəni rəsmiləşdirə bilər.

Bu döyüşdə “Baku Fires”in heyətində 3 yeni boksçu rinqə çıxacaq. Baş məşqçi Nuripaşa Talibov yəqin ki, rəqibin zəifliyini nəzərə alaraq, Rabadanov, Cəbrayılov və Əhmədova WSB liqasında debüt etmək imkanı qazandırıb. Bu dəfə Quba azarkeşləri milli komandamızın liderləri Teymur Məmmədovla Məhəmmədrəsul Məcidovun çıxışını böyük maraqla izləyəcəklər. Olimpiya oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Məmmədov liqada ilk görüşünü 23 yaşlı Piotr Podluçkiyə qarşı keçirəcək. Polşalı boksçu Ümumdünya Boks Seriyasında 1 döyüşdə rinqə çıxıb və məğlub olub.

2 qat dünya çempionu Məhəmmədrəsul Məcidov isə oktyabrdakı dünya çempionatından sonra ilk dəfə rinqə çıxacaq. Məcidovun rəqibi Toborek WSB liqasında bir görüş keçirərək, uduzub.

“Hussars Poland” klubunda ən təcrübəli boksçu 69 kq çəki dərəcəsində vuruşacaq İreneuş Zakrzevskini qeyd etmək olar. 21 yaşlı idmançı liqada 3 dəfə rinqə çıxıb, 1 qələbə qazanıb. O, 2012-2013-cü illər mövsümündə “Baku Fires”in üzvü Mixail Veselova yenilib.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.