30 yanvar 2014 22:00

Tamerlan Abdullayev finala vəsiqə qazana bilmədi

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən boks üzrə Azərbaycan çempionatında finalçıların adları müəyyənləşib.  Azerisport.az xəbər verir ki, ən çox maraqla gözlənilən döyüşlərdən biri 52 kq çəki dərəcəsində olub.

Avropa çempionatlarının mükafatçısı Elvin Məmişzadə peşəkar rinqdə də bir neçə döyüş keçirmiş Rauf Ağayevi məğlub edib.

Uzun fasilədən sonra yenidən boksa qayıdan Rəhim Nəcəfov (56 kq) da finala vəsiqə qazanıb. Milli komandamızın sabiq kapitanı Araz Gülməmmədovu mübarizədən kənarlaşdırıb. Nəcəfov finalda yığmamızın üzvü Tural Əhmədovla qarşılaşacaq.

Seçmə komandamızın üzvü Tamerlan Abdullayevin (69 kq) yarımfinalda uduzması gözlənilməz olub. Abdullayev Astara boksçusu Ramal Aslanovla görüşdəm məğlub ayrılıb.

“Baku Fires” klubunun üzvü Xaybula Musalov (75 kq) yarımfinal döyüşünü də nokautla başa vurub. O, bu dəfə 2011-ci ildə keçirilən dünya çempionatının iştirakçısı Emin Əhmədovu 1-ci raundda təslim olmağa məcbur edib.

81 kq çəki dərəcəsində də maraqlı final görüşü olacaq. Yığma komandamızın hazırkı “birinci nömrəsi” Rauf Rəhimov London Olimpiadasının iştirakçısı Vətən Hüseynli ilə qarşılaşacaq. Son ölkə çempionatında Rəhimov Hüseynlini məğlub etmişdi.

91 kq çəki dərəcəsində də həlledici döyüş maraqla gözlənilir. “Baku Fires” klubunun üzvü Abdulqadir Abdullayev gənclər arasında Avropa birinciliyinin mükafatçısı Rahil Məmmədlinin müqavimətini qırmağa çalışacaq.  

49 kq: Salman Əlizadə (“Gilan”) – Araz İmaməliyev (“Gilan”)

52 kq: Elvin Məmişzadə (“Gilan”) – İbrahim İbrahimov (“Neftçi”)

56 kq: Tural Əhmədov (“Gilan”) – Rəhim Nəcəfov (FHN)

60 kq: Elvin İsayev (“Gilan) – Nəsrəddin Məmmədov (“Neftçi”)

64 kq: Lorenzo Sotomayor  (“Qəbələ”) - Ruslan Qasımov (Neftçi)  

69 kq: Pərviz Bağırov (Nefçi) -  Ramal Aslanov (Astara)

75 kq:  Xaybula Musalov (“Baku Fires”)  – Kamran Şahsuvarlı (Qızıl Əlcək)  

81 kq:  Vətən Hüseynli (Rabitə) -  Rauf Rəhimov (Neftçi)

91 kq:   Rahil Məmmədli (“Qəbələ”) – Abdulqadir Abdullayev (Baku Fires)  

91+kq:  Kamran Mehdiyev (“Rabitə”) - Ağalar Sadıxzadə (“Sərhədçi”)     

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.