30 yanvar 2014 13:31

Boks: yarımfinalçılar bəlli oldu

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən boks üzrə böyüklər arasında Azərbaycan çempionatında yarımfinalçıların adları məlum olub. Azerisport.az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan 2011-ci ilin Avropa çempionu Salman Əlizadə ¼ final mərhələsini qələbə ilə başa vurub.
“Gilan” klubunun üzvü Orxan Süleymanov üzərində qələbə qazanıb. Ötənilki ölkə çempionatının bürünc mükafatçısı Araz İmaməliyev də yarımfinala vəsiqə əldə edib. O, “Baku Fires” klubunun üzvü Qurban Qurbanovu texniki nokautla üstələyib.
2013-cü ilin Avropa çempionatının bürünc mükafatçısı Elvin Məmişzadə də yarımfinalda döyüşəcək. Milli komandamızın lideri ¼ finalda Elnur Şəfiyev üzərində çətin qələbə qazanıb. Məmişzadəni yarımfinalda güclü rəqib gözləyir. Peşəkar rinqdə bir neçə döyüş keçirmiş, hazırda isə “Baku Fires”in heyətində olan Rauf Ağayev Məmişzadəni dayandırmağa çalışacaq.
Tural Əhmədov (56 kq) ¼ final mərhələsində Əsgər Rəhimovu məğlub edib. 2013-cü ildə Neft Ölkələrinin dünya kubokunun qalibi olmuş Əhmədovu yarımfinalda Kamran Orucovla çətin görüş gözləyir.
Yenidən rinqə qayıdan Rəhim Nəcəfov da ən azı bürünc medalı özünə təmin edib. Seçmə komandamızın sabiq kapitanı Araz Gülməmmədovu mübarizədən kənarlaşdırıb.
60 kq çəki dərəcəsində milli komandamızın “birinci nömrəsi” olan Elvin İsayev də yarımfinaldadır. Dünya və Avropa çempionatlarının iştirakçısı finala vəsiqə qazanmaq üçün təcrübəli Elnur Əliyevi məğlub etməlidir.
2013-cü ildə gənclər arasında Avropa çempionu olmuş Nəsrəddin Məmmədov da yarımfinala yüksəlib. “Neftçi” İSM-in üzvü növbəti mərhələdə Kamran Baxşəliyevlə üz-üzə gələcək.
Kuba əsilli boksçu Lorenzo Sotomayor (64 kq) ¼ final mərhələsində çətinliklə qələbə qazanıb. “Qəbələ” İdman Klubunun üzvü Mehdi Mehdiyevi mübarizədən kənarlaşdırıb. Sotomoyorun növbəti rəqibi təcrübəli Ruslan Qasımov olacaq.
Gənclər arasında Avropa çempionu, dünya birinciliyinin bürünc mükafatçısı Pərviz Bağırov da (69 kq) mübarizəni davam etdirir. O, ¼ finalda Hidayət Musayev üzərində qələbə qazanıb. Bağırovu yarımfinalda Elnur Süleymanovla ağır döyüş gözləyir. Qeyd edək ki, Süleymanov “Baku Fires” klubunun üzvü Osman Əliyevi məğlub edib.
69 kq-da yenidən millimizin 1-ci nömrəsi olmağa iddialı Tamerlan Abdullayev də yarımfinaldadır.
75 kq çəki dərəcəsində yarımfinalda Emil Əhmədovla Haybula Musalov arasında gərgin görüş olacaq. Musalov ilk dəfə çıxış etdiyi Azərbaycan çempionatında əksər döyüşlərdə asan qələbə qazanıb.
81 kq çəki dərəcəsində qələbəyə iddialı iki boksçu Rauf Rəhimov və Vətən Hüseynli yarımfinaldadır. Ancaq bu idmançılar yalnız finalda qarşılaşa bilərlər.
91 kq çəki dərəcəsində favoritlərdən sayılan Abdulqadir Abdullayev də ¼ final mərhələsini qələbə ilə başa vurub. O, yarımfinalda Anar Məmmədovla qarşılaşacaq.
Xatırladaq ki, ölkə çempionatına yanvarın 31-də yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.