28 yanvar 2014 22:44

Azərbaycan çempionatında 1/4 finalçılar bəlli oldu

“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Azerisport.az xəbər verir ki, artıq 1/4 finala vəsiqə qazanan bütün idmançıların adları məlum olub.

56 kq çəki dərəcəsində milli komandaya namizədlərdən sayılan Tural Əhmədov 1\8 final mərhələsini qələbə ilə başa vurub. “Gilan” klubunun üzvü Ramiz Məmmədov üzərində qələbə qazanıb. Bir müddət öncə karyerasını bitirdiyini açıqlayan Rəhim Nəcəfov yenidən rinqə qayıdıb. Milli komandamızın sabiq kapitanı ilk döyüşdə Naxçıvan idmançısı Rəşad Əliyevi məğlub edib. 2011-ci ilin yeniyetmələr arasında Avropa birinciliyinin gümüş mükafatçısı Araz Gülməmmədov Balakən boksçusu Rauf Əmirbəyovla döyüşdən qalib ayrılıb.

60 kq çəki dərəcəsində qələbə əsas namizədlərdən Elvin İsayev də 1/4 finala vəsiqəni təmin edib. Milli komandamızın üzvü Sumqayıt təmsilçisi Süleyman Süleymanov üzərində qələbə qazanıb. Ötən il gənclər arasında Avropa çempionu olmuş Nəsrəddin Məmmədov Pərviz Səfərçinovu mübarizədən kənarlaşdırıb.

64 kq çəki dərəcəsində gücünü sınayan “Qəbələ” klubunun üzvü Lorenzo Sotomayorla Fərid İsmayılovun görüşü gərgin keçib. Kuba əsilli idmançı çətin qələbə qazanaraq, 1/4 finala yüksəlib.

Gənclər arasında Avropa çempionu, dünya birinciliyinin bürünc mükafatçısı Pərviz Bağırov da (69 kq) 1/8 final mərhələsində qələbə qazanıb. Qazaxıstanda keçirilən son dünya çempionatının iştirakçısı “Sədərək” klubunun üzvü Şəmistan Novruzlunu texniki nokautla məğlub edib. 69 kq çəki dərəcəsində millimizin 1-ci nömrəsi Tamerlan Abdullayev, milli komandamıza namizədlərdən olan Elnur Süleymanov, “Baku Fires”in üzvü Osman Əliyev də növbəti mərhələyə vəsiqə əldə ediblər.

“Baku Fires”in daha bir nümayəndəsi Xaybulla Musalov (75 kq) 1/8 final mərhələsində Tamerlan Məmmədovu 1-ci raundda texniki nokautla məğlub edib.

Qeyd edək ki, Azərbaycan çempionatına yanvarın 31-də yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.