26 yanvar 2014 23:11

Baku Fires - Cuba Domaderos: heyətlər məlumdur

Yanvarın 31-də Meksikanın Mexiko şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turun matçında Meksikanın “Mexico Guerreros” və Azərbaycanın “Baku Fires” komandaları qarşılaşacaq. Azerisport.az xəbər verir ki, meydan sahibləri 6 turdan sonra cəmi 2 xal toplayaraq, qrupda 5-ci yeri tuturlar.

“Baku Fires” isə 10 xalla 4-cü pillədədir. Qeyd edək ki, komandaların Quba Olimpiya Kompleksində keçirilən görüşündə komandamız rəqibi 5:0 hesabı ilə məğlub etmişdi.

Komandaların heyətləri artıq məlumdur:

Mexico Guerreros - Baku Fires

49 kq. Jozelito Altamirano - Məhəmməd İbiyev

56 kq. Brayan Qonsales Morales - Qairbek Qermaxanov

64 kq. Juan Romero - Salman İbrahimov

75 kq. Enri Saavedra Pinto - Soltan Migitinov

91 kq. Efetobor Apoçi - Vladimir Keleş

Bu dəfə komandamızın heyətində 20 yaşlı Salman İbrahimov debüt edəcək. Və iş elə gətirib ki, meksikalıların ən təcrübəli, güclü boksçusu məhz İbrahimovla qarşılaşacaq. Liqada 15 döyüş keçirən Juan Romero bunların 10-u qələbə ilə başa vurub. Meksikalı boksçu 2012-ci ildə WSB-nin fərdi yarışlarının qalibi olub.

Milli komandamızın üzvü Soltan Migitinov Meksikaya yollandığından ölkə çempionatında iştirak edə bilmir. Cari mövsümdə ilk döyüşünə çıxacaq London Olimpiadasının iştirakçısı venesuelalı Pinto ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu dəfə meksikalıların heyətində 2 legioner rinqə çıxacaq. Pintodan başqa nigeriyalı Apoçi “Baku Fires”in moldovalı boksçusu Vladimir Keleşin rəqibi olacaq. Keleş bu mövsüm ilk döyüşünü keçirəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.