17 yanvar 2014 16:01

"Bu, hələ planlarımıza daxil deyil”

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun “Baku Fires” (Azərbaycan) və “Astana Arlans” (Qazaxıstan) komandaları arasında keçiriləcək görüşə həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, boksçuların çəki mərasimindən sonra hər iki klubun nümayəndələri və idmançılar jurnalistlərin suallarını cavablandırıblar. 
Yanvarın 26-da start götürəcək boks üzrə ölkə çempionatında “Baku Fires” klubunun nümayəndələri də çıxış edəcək. Baş məşqçi Nuripaşa Talibovun sözlərinə görə, 18 boksçunun Azərbaycan çempionatında iştirakı gözlənilir: “Bizim yanvarın 31-də səfərdə Meksika komandası ilə görüşümüz var. Həmin səfərə gedəcək boksçular təbii ki, Azərbaycan çempionatında döyüşməyəcəklər. Amma digər idmançılarımızın bu turnirə qatılmasında maraqlıyıq. Yarış təcrübəsi baxımından bu boksçularımız üçün əhəmiyyətlidir”. 
“Məhəmmədrəsul Məcidov kimi digər dünya çempionumuz Cavid Çələbiyev də “Baku Fires”in heyətində WSB liqasında döyüşə bilərmi” sualına Rizvan Gənciyevin cavabı belə oldu: “Hələ ki Çələbiyevlə heç bir danışığımız olmayıb. O, dünya çempionatından sonra istirahət edir. Dəqiq bilmirəm, o, Azərbaycan çempionatında mübarizə aparacaq, ya yox. Bir sözlə, bu, hələ planlarımıza daxil deyil”. 
“Baku Fires”in rəsmisi pley-off qarşılaşmalarını da Quba Olimpiya Kompleksində keçirəcəklərini söylədi. 
Xatırladaq ki, “Baku Fires” – “Astana Arlans” matçı 18 yanvar tarixində saat 19:00-da Quba Olimpiya Kompleksində keçiriləcək. 
Komandaların heyətləri: 
Baku Fires – “Astana Arlans”
52 kq. Elvin Məmişzadə – İlyas Süleymanov
60 kq. Albert Səlimov – Samat Başenov
69 kq. Yevgeni Romaşkeviç –Meirim Nursultanov
81kq. Samir Məhəmmədov – Ehsan Rouzbahani
+91 kq. Hacı Murtuzəliyev – Ruslan Mırsatayev

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.