13 yanvar 2014 12:04

Finalçılar bəlli oldu

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən boks üzrə gənclər arasında Azərbaycan birinciliyində finalçıların adları məlum olub. Azerisport.az xəbər verir ki, favoritlərdən gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı Məsud Yusifzadə (52 kq), yeniyetmələr arasında qitə birinciliyinin gümüş medalçısı Tayfur Əliyev (56 kq), gənclər arasında Avropa çempionu Sadiq Quliyev (64 kq), yeniyetmələr arasında dünya birinciliyinin 2-cisi İsmayıl Hüseynov (64 kq), yeniyetmələr arasında Avropa çempionatının gümüş, dünya çempionatının bürünc mükafatçısı Hüseyn Tarverdili (69 kq), yeniyetmələr arasında dünya birinciliyinin bürünc medalçısı Şükran Mehdiyev (80 kq) finala vəsiqəni təmin ediblər.

 

69 kq çəki dərəcəsində mübarizə aparan dünya birinciliyinin gümüş mükafatçısı Rövşən Musayevin yarımfinalda Roman Zakirova uduzması gözlənilməz olub.

 

Bu gün saat 14:00-da başlayacaq finalda üz-üzə gələcək boksçular:

 

49 kq: Elşən Abbasov (Rabitə) – Fərid Əliyev (Sədərək)

52 kq: İbrahim İmanov (Neftçi) – Məsud Yusifzadə (Rabitə)

56 kq: Tayfur Əliyev (Naxçıvan) – Xəyyam Məmmədov (Neftçi)

60 kq: Orxan Əliyev (Gilan) – Zöhrab Əzimov (DİN İC)

64 kq: Cavid Quliyev (Gilan) - İsmayıl Hüseynov (Cəlilabad)

69 kq: Roman Zakirov (Rabitə) – Hüseyn Tarverdili (Təhsil)

75 kq: Şamil Əliyev (Rabitə) – Nicat Sadıqov (Baku Fires)

81 kq: Araz Sultanzadə (Rabitə) – İbrahim Quliyev (Baku Fires)

91 kq: Şükran Mehdiyev (Baku Fires) – Nicat Muradlı (Qəbələ İK)

91+kq: Teymur Vəliyev (Neftçi) – Fuad Tağıyev (Gilan)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.