13 yanvar 2014 14:39

Baku Fires – Astana Arlans: heyətlər məlumdu

Yanvarın 18-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun matçında Azərbaycanın “Baku Fires”klubu Qazaxıstanın “Astana Arlans” komandasını qəbul edəcək. Azerisport.az xəbər verir ki, “Astana Arlans” liqanın son qalibi olduğundan görüşün gərgin keçəcəyi gözlənilir. 

Qazaxıstan təmsilçisi ötən tur səfərdə “Hussars Poland” üzərində 4:1 hesabı ilə qələbə qazanıb. 

Komandaların heyətləri: 

Baku Fires – Astana Arlans

52 kq. Elvin Məmişzadə – İlyas Süleymanov

60 kq. Albert Səlimov – Samat Başenov

69 kq. Yevgeni Romaşkeviç – Meirim Nursultanov

81 kq. Ramazan Məhəmmədov – Ehsan Rouzbahani

+91 kq. Hacı Murtuzəliyev – Ruslan Mırsatayev 

Nuripaşa Talibov 52 kq çəki dərəcəsində Avropa çempionatlarının mükafatçısı Elvin Məmişzadəyə güvənib. Onun rəqibi Asiya oyunlarının finalçısı, London Olimpiadasının iştirakçısı İlyas Süleymanov olacaq. 

Dünya və Avropa çempionu Albert Səlimov isə WSB-nin ən təcrübəli boksçularından olan Samat Başenovla üz-üzə gələcək. Liqada 9 döyüş keçirən qazaxıstanlı dəri əlcək ustası bunların 7-də qalib gəlib. 

Super ağır çəki dərəcəsində yarışan Ruslan Mırsatayevin də böyük təcrübəsi var. O, liqada 17 görüş keçirib və bunların 13-ü qələbə ilə başa vurub. Mırsatayev Pekin Olimpiadasının ¼ finalçısı olub. Qeyd edək ki, 2010/2011-ci illər mövsümündə Məhəmmədrəsul Məcidov Mırsatayevi məğlub edib. 

“Astana Arlans” klubu Qubaya iranlı legioner də gətirəcək. London Olimpiadasının ¼ finalçısı Ehsan Rouzbahani Ramazan Məhəmmədovla gücünü sınayacaq.

5-ci turda B qrupunda keçirlmiş görüşlərin nəticələri:

 “Baku Fires” – “Cuba Domaderos” - 2:3

Rusiya – “Mexico Guerreros” - 5:0

Hussars Poland” - “Astana Arlans” - 1:4

Bu həftə “B” qrupunda daha 2 görüş olacaq. “Poland Hussars” Rusiyanı qəbul edəcək. Cuba Domadores” isə doğma rinqdə “Mexico Guerreros”la qarşılaşacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.