13 yanvar 2014 13:17

Rizvan Gənciyev: Komandamızdan razı qaldım

“Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev komandamızın Ümumdünya boks seriyasının 5-ci turunda “Cuba Domaderos”la görüşündən sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Gənciyev məğlubiyyətə baxmayaraq, boksçulardan razı qaldığını bildirib:

“Mənim uşaqlara heç bir iradım yoxdur. Onlar əllərindən gələni etdilər. Kuba bura çox güclü heyətlə gəlmişdi. “Baku Fires”ə qarşı Olimpiya, dünya çempionları döyüşdülər. Bu komanda “Astana Arlans”ı səfərdə məğlub edib. Rusiya üzərində 5:0 hesablı qələbə qazanıb. Heybətulla Hacəliyevlə Xaybulla Musalovu qələbə münasibəti ilə təbrik edirəm. Xüsusən də Heybətulla çox güclü rəqibini bir dəfə nokdauna da saldı. 2:3 hesabı ilə məğlub olaraq, 1 xal qazandıq. Mətbuat konfransında demişdim ki, zəif mübarizə aparanlar, rəqibdən qorxanlar komandadan qovula da bilərlər. Amma bu gün elə boksçu olmadı. Uduzan idmançılarımız da çalışdılar, vuruşdular. Sadəcə bir qədər təcrübələri və ustalıq səviyyələri çatmadı. Qarşıda bizi “Astana Arlans”la Qubada çətin döyüş gözləyir. Bu dəfə fərqli heyət mübarizə aparacaq. Qazaxıstan komandası ilə qarşılaşmada mütləq qələbə qazanmalıyıq. Qubalıları yanvarın 18-də keçiriləcək görüşə dəvət edərək, komandamıza dəstək olmağa çağırıram”.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.