8 yanvar 2014 00:11

Fariz Məmmədov revanş müqaviləsi bağladı

Azərbaycanı və "Qəbələ"ni  peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun almaniyalı Mattias Pelklə revanş döyüşü rəsmiləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma ilə əlaqədar Almaniyada hər iki boksçu arasında müqavilə imzalanıb.
 
Döyüşün vaxtı dəqiqləşməsə də, keçiriləcəyi yer məlumdur: Almaniya. Müqavilə imzaladıqdan sonra Məmmədov zədəsinin bərpası və təlim-məşq məqsədilə Türkiyəyə yollanıb.
 
Xatırladaq ki, ötən ay Fariz Məmmədovla Mattias Pelk arasında Qəbələdə baş tutan WBO və İBF versiyasının Avropa kəməri uğrunda döyüşdə idmançımız səkkizinci raundda döyüşün yarımçıq saxlamaq məcburiyyətində qalmışdı. Buna əsas səbəb kimi, Fariz Məmmədovun hələ döyüşdən əvvəl bir qabırğasının sınması göstərilir.
 
(Klub saytı)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.