23 dekabr 2013 00:07

Yığmamız Rusiyadan 8 medalla qayıtdı

Rusiyanın Xantı-Mansiysk şəhərində boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub. Azerisport.az xəbər verir ki, komandamız turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.
 
56 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov finalda yerli boksçu Murad Arslanovu məğlub edərək, 1-ci yerə layiq görülüb. Abdulqadir Abdullayev də (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Baku Fires” klubunun üzvü həlledici döyüşdə Çin idmançısı Vei Fenq üzərində qələbə qazanıb. Qeyd edək ki, Abdullayev yarımfinalda belaruslu Leonid Çernobayevi 1-ci raundda nokauta salmışdı. 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenso Sotomayor yerli boksçu Georgi Lizunenko ilə qarşılaşmada üstün olsa da, hakimlər qələbəni rəqibə veriblər. Batraz Qurtsiyev də (81 kq) yarışı gümüş medalla başa vurub. Boksçumuz finalda yerli komandanın üzvü Eduard Əbdürrəhmanova uduzub. Rüstəm Musayev (49 kq), Nəsrəddin Məmmədov (60 kq) Tamerlan Abdullayev (69 kq) və Kamran Mehdiyev (91+kq) isə bürünc medalla kifayətləniblər.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.