22 dekabr 2013 00:25

Yeddi boksçumuz yarımfinalda

Rusiyanın Xantı-Mansiysk şəhərində boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışı davam edir. Azerisport.az xəbər verir ki, yarışın növbəti günündə Azərbaycan idmançılarından beşi növbəti mərhələyə vəsiqə qazanıb.
 
60 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov moldobalı Vadim İvanyuku mübarizədən kənarlaşdırıb – 3:0. Boksçumuz növbəti mərhələdə yerli idmançı Ruslan Kamilovla qaşılaşacaq. 64 kq çəki dərəcəsində Azrəbaycanı təmsil edən iki boksçu 1\4 finalda üz-üzə gəlib. Lorenso Sotomayor Fərid İsmayılovu məğlub edərək, yoluna davam edir – 2:1. Sotomayorun növbəti rəqibi yerli boksçu İnşallah Alışov olacaq. Tural Əhmədov (56 kq) yarışa qələbə ilə başlayıb. Həmyerlimiz Latviya təmsilçisi Dimitrius Qutmans üzərində qələbə qazanıb – 3:0. Əhmədov yarımfinalda Qırğızıstan boksçusu Mirbek Şirevlə üz-üzə gələcək. Tamerlan Abdullayev də (69 kq) 1\4 finalda qələbə qazanıb. Millimizin üzvü monqolustanlı Otonjarqal Jarqalı üstələyib – 3:0. Abdullayev yarımfinalda rusiyalı Tamerlan Maqomedovla görüşəcək.
 
Kamran Mehdiyev də (91+kq) ilk görüşdə qalib gəlib. O, litvalı Mantas Valaviçusu məğlub edib – 2:1. Mehdiyevi yarımfinalda rusiyalı Dmitri Mixin gözləyir. Soltan Migitinov (75 kq) və Üzeypat İsmayılov (91+kq) isə rusiyalı rəqiblərinə uduzaraq mübarizəni dayandırıblar. Buna qədər Batraz Qurtsiyev və və Rüstəm Musayev də yarımfinala vəsiqə qazanmışdılar.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.