18 dekabr 2013 14:50

Boks yığmamız dünya kubokunda mübarizə aparacaq

Dekabrın 19-da Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə ilk dəfə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş boks üzrə Neft Ölkələrinin Dünya Kuboku turniri start götürəcək. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan milli komandası eksperimental heyətlə mübarizə aparacaq.
 
Bununla yanaşı, “Baku Fires” klubunun bəzi boksçuları da turnirdə qüvvələrini sınayacaqlar. Komandamızın heyətində ən təcrübəli boksçu kimi Avropa çempionatının iştirakçısı Tamerlan Abdullayevlə (69 kq), bir çox beynəlxalq turnirlərin mükafatçısı Tural Əhmədovu (56 kq) qeyd etmək olar. Bu yarışda kubalı boksçu Lorenzo Sotomayor Kollazo da (64 kq) yığmamızın heyətində debüt edəcək. Sotomayor hazırda “Qəbələ” klubunda çalışan Lazaro Ximenes Martinesin yetirməsidir.
 
London Olimpiadasının iştirakçısı Soltan Migitinov da (75 kq) Neft Ölkələrinin Dünya Kubokunda çıxış edəcək. “Baku Fires” klubunun gənc boksçularından Kamil Əhmədov (69 kq), Batraz Qutziyev (81 kq) də heyətə daxil edilib.
 
Qeyd edək ki, yarışda Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Çin, Monqolustan, Latviya, Ermənistan, Moldova, Qırğızıstan, Litva və Çexiya komandalarının iştirak etməsi gözlənilir.
 
Komandamızın heyəti:
 
49 kq: Rüstəm Musayev
52 kq: Məhəmməd Abdulhəmidov
56 kq: Tural Əhmədov
60 kq: Nəsrəddin Məmmədov, Fərid İsmayılov
64 kq: Lorenzo Sotomayor Kollazo, Çingiz İslamov
69 kq: Tamerlan Abdullayev, Kamil Əhmədov
75 kq: Soltan Migitinov
81 kq: Batraz Qutsiyev
91 kq: Abdulqadir Abdullayev
91+kq: Kamran Mehdiyev, Üzeypat İsmayılov
 
Yarışda ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edəcək.
 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.